Gənclər üçün Təhsil Mərkəzi 12 dekabr 2000-ci ildə Bakı şəhərində təhsil alan bir qrup tələbə tərəfindən yaradılmışdır.
Həmin vaxtdan aktiv fəaliyyətə başlayan Mərkəz 5 ildən sonra, 31 may 2005-ci il tarixdə qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumu kimi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır (№ 1105-Q4-1754). Əsas məqsədi kimi vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunu artırmaq və onların sosial problemlərinin həllinə kömək etmək olduğunu bəyan edən Mərkəz gənclərin, təhsilin, mədəniyyətin və vətəndaş cəmiyyətinin inkişafını əsas fəaliyyət istiqamətləri kimi müəyyən etmişdir.
Qısa müddət ərzində fəaliyyətə başlamağına baxmayaraq, Mərkəz Azərbaycanın müxtəlif regionlarında gənclərin sosial problemlərin həlli istiqamətində konkret layihə və proqramlar həyata keçirməyə başlamışdır. Belə ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin hüquqlarının müdafiəsi, təhsil müəssisələrinə texniki kömək, peşə kurslarının yaradılması, gənclərin xarici ölkələrə mübadiləsi, yeni ədəbiyyatların hazırlanması, gənclər klublarının və kitabxanaların yaradılması, mədəni proqramların təşkili və s. istiqamətlərdə 300-dən çox layihə icra edilmişdir. Bu layihələrin icra olunmasında Mərkəz BMT-nin İnkişaf Proqramı, İSAR, ABŞ Səfirliyi, Böyük Britaniya Səfirliyi, Yaponiya Səfirliyi, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Avropa Şurasının Azərbaycan ofisi, OXFAM Humanitar Təşkilatı, İFES, Dünya Bankı, NRC, British Council, DRC, Qlobal Fond, İMC, İOM və başqa beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilmişdir. Mərkəz qeyd edilən layihələrin həyata keçirilməsində həmçinin Azərbaycan hökuməti ilə, xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, müxtəlif universitetlər, rayon icra hakimiyyətləri, yerli bələdiyyələr, KİV-lər və kommersiya təşkilatları ilə də sıx əməkdaşlıq etmişdir.
Gənclər üçün Təhsil Mərkəzi son 3 il ərzində 7 beynəlxalq şəbəkənin üzvü seçilərək, onların işində aktiv iştirak etməyə başlamışdır. Qeyd edək ki, hər il 200-dən çox üzvümüz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq təlimlərdə, seminar və konfranslarda iştirak edir.
Aktiv fəaliyyətinə görə Mərkəz dəfələrlə həm dövlət təşkilatları, həm də beynəlxalq təşkilatlar tərəfindən diplomlarla təltif edilmişdir.
|
|
|
|
| « Fevral 2012 » | Be | Ça | Ç | Ca | C | Ş | B | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | |
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|