“QHT Məktəbi” QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən, QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyət göstərən, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək edən qeyri-formal təhsil proqramıdır.
“QHT Məktəbi” Gənclər üçün Təhsil Mərkəzi tərəfindən 2002-ci ildə yaranmış və fəaliyyətə başlamışdır.
QHT Məktəbinə müraciət edənlərə aşağıdakı xidmətlər göstərilir:
1. Təlim xidməti QHT Məktəbinin təlim proqramı 2 ay davam etməklə il ərzində 3 dəfə (fevral-mart, aprel-may, oktyabr-noyabr) təşkil olunur. Tam təlim proqramı 8 dərsdən ibarətdir. Təlimlər yalnız həftənin şənbə günləri, 3 saat davam edir. Təlimlər günün birinci və ikinci yarısında təşkil olunduğu üçün proqramda 48 (24+24) nəfər iştirak edə bilir. Ümumilikdə il ərzində Məktəbin təlimlərini 144 nəfər başa vurur. Təlim proqramına daxil olan mövzular: - QHT fəlsəfəsi və konsepsiyası - QHT-nin yaradılması və dövlət qeydiyyatı prosesi - QHT-nin inkişafı və strukturunun formalaşması - Layihənin hazırlanması və dizaynı - Maliyyə axtarışı - Layihə və maliyyə idarəetməsi - QHT-də PR fəaliyyətinin təşkili - QHT-də kargüzarlıq işinin təşkili Təlimləri başa vuranlar şəhadətnamə əldə etmək üçün test imtahanı verməlidirlər. Təlimlər təcrübəli təlimçilər qrupu tərəfindən keçirilir.
2. Məsləhət xidməti QHT-nin yaradılması, zəruri hüquqi sənədlərin tərtib edilməsi, dövlət qeydiyyatından sonrakı proses, eləcə də QHT-nin idarə olunması ilə bağlı həftədə 1 dəfə məsləhət xidməti təşkil edilir.
3. Seminarların təşkili QHT Məktəbi ali məktəblərdə, regionlarda və eləcə də ona daxil olan müraciətlərə əsasən xüsusi auditoriyalarda seminarlar təşkil edir. Seminar vaxtları qrupun müraciət və ehtiyacına uyğun müəyyən edilir.
4. Metodiki vəsaitlərin hazırlanması Məktəb QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ etmək, eləcə də QHT nümayəndələrinin bilik və bacarığını artırmaq məqsədilə müxtəlif maarifləndirici vəsaitlər hazırlayır. Vəsaitlər təlim və seminar iştirakçıları arasında paylanır.
5. Kitabxana xidməti 2010-cu ilin mart ayından başlayaraq QHT Məktəbi Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində kitabxana fəaliyyəti də göstərir. Mərkəzdə yaradılmış kiçik kitabxanada QHT işinə həsr olunmuş yerli və xarici ədəbiyyatları əldə edə bilərsiniz.
6. Araşdırmaların aparılması Məktəb vasitəsi ilə QHT işinin təkmilləşdirilməsi üçün müvafiq araşdırmalar aparılır, sorğular keçirilir və məqalələr hazırlanır. Araşdırmaların aparılması zamanı yerli və xarici mənbələrdən istifadə edilir. Sifarişlər əsasında QHT Məktəbinin məqsədinə uyğun araşdırmalar təşkil edilir.
|
|
|
|
| « Fevral 2012 » | Be | Ça | Ç | Ca | C | Ş | B | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | |
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|