Bizi sosial şəbəkələrdə izləyin:
 





İcra olunmuş layihələr

 
 
Layihənin adı: Qaçqın və  məcburi köçkün gənclərin hüquqi maarifləndirilməsi
Qısa təsviri: Qaçqın və  məcburi köçkün gənclərin hüquqi maarifləndirilməsi məqsədilə təlim proqramı təşkil edilmiş, pulsuz hüquqi yardımlar göstərilmiş və onlar üçün xüsusi maarifləndirici nəşrlər hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2001-2002, Sabirabad və Saatlı rayonu
Donoru: BMT İnkişaf Proqramı
 
 
Layihənin adı: Azərbaycanda könüllülüyün inkişafı
Qısa təsviri: Azərbaycanda könüllülük işinin inkişaf etdirilməsi məqsədilə «Azərbaycanda müasir könüllülüyün  tarixi» adlı kitab hazırlanmış və nəşr olunmuş, sənədli televiziya proqramları çəkilmişdir
Həyata keçirildiyi zaman və yer: 2001-2002, Bakı  şəhəri
Donoru: BMT Könüllülər Proqramı 
 
 
Layihənin adı: Gənclərdə sahibkarlıq təşəbbüslərinin artırılması
Qısa təsviri: Region gəncləri üçün biznes işinin təşkili mövzusunda təlim proqramları keçirilmiş və praktiki istifadə üçün vəsait hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2001-2002, Bakı  şəhəri
Donoru: Təhsilin İnkişafı  Akademiyası (AED)
 
 
Layihənin adı: Gənc Təlimçilər Klubunun yaradılması 
Qısa təsviri: Gənclərdən ibarət Təlimçilər yaradılmış, Klub üzvlərinə təlimlərin təşkili və keçirilməsi qaydalarına həsr olunmuş proqramlar təşkil olunmuş, praktiki məşğələlər və təlimlər təşkil olunmuş, informasiya bülletenləri hazırlanmışdır.
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı şəhəri
Donoru: BMT İnkişaf Proqramı
 
 
Layihənin adı: Yerli bələdiyyələrin inkişafı naminə gənclərin ictimai aktivliyinin artırılması
Qısa təsviri: Gənclərin ictimai aktivliyinin artırılması məqsədilə onlar üçün təlim proqramı təşkil edilmiş və nəşrlər hazırlanmışdır. Həmçinin gənclərin iştirakı ilə həm maarifləndirici, həm ekoloji və həm də sosial aksiyalar təşkil edilmişdir. Layihə çərçivəsində gənclərin könüllü olaraq bələdiyyələrin sosial tədbirlərində yaxından iştirak etməsi də təmin edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Sabirabad və Saatlı rayonu
Donoru: İSAR/Azərbaycan
 
 
Layihənin adı: Gənclərin asudə  vaxtlarının səmərəli təşkilinə kömək 
Qısa təsviri: Regionda gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər klubu yaradılmış və bu klub vasitəsilə gənclərin inkişafına dəstək verilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Sabirabad rayonu
Donoru: İSAR/Azərbaycan və USAİD
 
 
Layihənin adı: İcma maarifçiliyi işi
Qısa təsviri: İcma işinin təkmilləşdirilməsi və icmaların inkişafına kömək məqsədilə WV-nin əməkdaşları və yerli icma nümayəndələri üçün icma idarəçiliyi sahəsində silsilə təlimlər təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  şəhəri
Donoru: Dünyaya Baxış Beynəlxalq Təşkilatı (World Vision Int.)
 
 
Layihənin adı: Gənclər arasında sahibkarlıq hüquqları sahəsində maarifçilik işi
Qısa təsviri: Regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına kömək məqdəsi ilə gənc sahibkarların rastlaşdığı problemlər və onların həlli yollarının araşdırılmış, daha sonra gənc sahibkarlar üçün silsilə təlim kursları təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Sabirabad və Füzuli rayonu
Donoru: Norveç Qaçqınlar Şurası və BMT Sahibkarlığa Yardım Mərkəzi 
 
 
Layihənin adı: Gənclər üçün Ekoloji Məktəb
Qısa təsviri: Gənclərin ekoloji təşəbbüslərinin inkişafına kömək məqsədilə təlim proqramları, aksiyalar, ekoloji düşərgələr, tanışlıq səfərləri və radio proqramlar hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı şəhəri
Donoru: İSAR/Azərbaycan və USAİD
 
 
Layihənin adı: Gənclərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərinin artırılması
Qısa təsviri: İmkansız ailələrdən olan gənclər üçün kompyuter kursları təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı şəhəri
Donoru: BMT İnkişaf Proqramının QHT Resurs və Təlim Mərkəzi
 
 
Layihənin adı: Miqrasiya sahəsində  ictimai maarifləndirmə
Qısa təsviri: Qeyri-qanuni miqrasiya sahəsində əhalinin maarifləndirilməsi üçün silsilə  icimai görüşlər keçirilmiş, əhaliyə paylanması üçün maarifləndirici nəşrlər hazırlanmışdır. Həmçinin dövlət məmurları, QHT və KİV nümayəndələri üçün təlimlər də təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2002, Gəncə  şəhəri və Xanlar rayonu
Donoru: Beynəlxalq Miqrasiya Təşkilatı  
 
 
Layihənin adı: “QHT-lər üçün Əl Kitabı”nın hazırlanması 
Qısa təsviri: Yeni QHT yaratmaq və inkişaf etdirmək istəyənlər üçün vəsait hazırlanmış və onun əsasında təlim proqramı keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  şəhəri
Donoru: İSAR/Azərbaycan
 
 
Layihənin adı: “Bələdiyyələr üçün Əl Kitabı”nın hazırlanması 
Qısa təsviri: Bələdiyyə  üzvü olan və eləcə də bələdiyyələrlə birbaşa əlaqəli olan insanların istifadə edə biləcəyi vəsait hazırlanmış, onun əsasında təlim proqramları təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  şəhəri
Donoru: İSAR/Azərbaycan
 
 
Layihənin adı: Orta məktəblərdə kompyuter mərkəzlərinin yaradılması
Qısa təsviri: Biləsuvar, Saatlı,  İmişli, Beyləqan və Füzuli rayonlarında qaçqın və məcburi köçkün uşaqların təhsil aldığı orta məktəblərdə kompyuter mərkəzləri yaradılmış, həm müəllimlər və həm də şagirdlər üçün kompyuter kursları təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2002-2003, Biləsuvar, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonları
Donoru: Beynəlxalq Tibb Korpusu
 
 
Layihənin adı: Vətəndaş  cəmiyyətinin inkişafına kömək
Qısa təsviri: Uşaqların  vətəndaş cəmiyyətinin inkişafında rolunu artırmaq məqsədilə kimsəsiz uşaq evinin sakinləri, eləcə də onların müəllimləri üçün insan hüquqları, qorunma mexanizmləri və s. mövzularda təlimlər təşkil olunmuşdur. Həmçinin uşaq hüquqlarının qorunmasına həsr olunmuş simvolik oyunlar keçirilmiş, uşaq evinin kitabxanasında hüquqi ədəbiyyatlardan ibarət bölmə yaradılmış və və maarifləndirici nəşrlər hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı şəhəri
Donoru: İFES/Azərbaycan 
 
 
Layihənin adı: Kimsəsiz uşaqların sosial reabilitasiyası
Qısa təsviri: Uşaqların asudə  vaxtının səmərəli təşkil oluması məqsədilə mütəmadi olaraq ekskursiyalar təşkil olunmuş, humanitar yardımlar verilmiş, bayram şənlikləri təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  şəhəri
Donoru: Elite Co. 
 
 
Layihənin adı: Gənclər  üçün ekoloji yay düşərgəsi
Qısa təsviri: Regionlardan olan aktiv gənclər bir araya gətirilmiş, onlar üçün ekoloji sahədə  könüllülük işinə həsr olunmuş praktiki məşğələlər keçirilmişdir. Düşərgə zamanı onlar bir sıra yerli aksiyalar da həyata keçirmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Şəki şəhəri
Donoru: İSAR/Azərbaycan
 
 
Layihənin adı: Qadınların hüquqi maarifləndirilməsi
Qısa təsviri: Qadınların hüquqi biliklərinin artırılması məqsədilə xarici ekspertlərin iştirakı ilə qadınlar üçün silsilə təlim proqramları təşkil olunmuş, maarifləndirici nəşrlər hazırlanmış və qadın qruplarına paylanılmışdır
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  şəhəri
Donoru: ABA CEELİ  
 
 
Layihənin adı: Gənclər  üçün demokratiya dərsləri
Qısa təsviri: Gənclərin vətəndaş  cəmiyyətinin inkişafı prosesində rolunu artırmaq məqsədilə silsilə təlim proqramı təşkil edilmiş, nəşrlər hazırlanmış və şənbə görüşləri keçirilmişdir. 
Həyata keçirildiyi zaman və yer: 2002, Bakı  və Sumqayıt şəhəri
Donoru: İFES/Azərbaycan
 
 
Layihənin adı: Könüllülük və sosial inkişaf 
Qısa təsviri: Gənclərin könüllülük bacarıqlarının inkişaf etdirilməsi üçün onlara xüsusi təlim proqramı təşkil edilmiş və təlimçilər qrupu hazırlanmışdır. Daha sonra kənd yerlərində seminar və görüşlər təşkil edilmiş, gənclərin iştirakı ilə silsilə sosial aksiyalar keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2002, Sabirabad və Saatlı rayonu
Donoru: BMT Könüllülər Proqramı
 
 
Layihənin adı: Qadınların seçki maarifçiliyi
Qısa təsviri: Regionlarda gənc qadınların seçki aktivliyini artırmaq məqsədilə qadınlarla mütəmadi ictimai görüşlər və seminarlar təşkil edilmiş, onlara seçki hüquqları barədə məlumatlar verilmişdir. Həmçinin əyani vəsait olaraq onlar üçün maarifləndirici nəşrlər hazırlanmış və daha aktiv qadınlardan ibarət seçki müşahidə qrupları yaradılmışdır
Həyata keçirildiyi zaman və yer: 2003, Beyləqan və Füzuli rayonu
Donoru: Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi
 
 
Layihənin adı: «Təhsilimiz» aylıq informasiya Jurnalının hazırlanması və nəşri
Qısa təsviri: Təhsil yenilikləri ilə mütəmadi tanış olmaq istəyən insanların və eləcə  də gənclərin pulsuz informasiya toplusu əldə etməsi məqsədilə, hər ay hüquq, iqtisadiyyat, tibb, ekologiya, mədəniyyət və s. sahələri əhatə edən Jurnal hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2001-2004, Bakı şəhəri
Donoru: «Adiloğlu» MMC
 
 
Layihənin adı: «20 iyun – Beynəlxalq Qaçqınlar Günü»nün qeyd olunması
Qısa təsviri: Qaçqın və məcburi köçkünlərə Beynəlxalq Qaçqınlar Gününün tarixi və əhəmiyyəti barədə məlumatlar verilmiş, onların iştirakı ilə mədəni proqramlar təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2003, Füzuli rayonu
Donoru: Danimarka Qaçqınlar Şurası  
 
 
Layihənin adı: Gənclər  üçün seçki dərsləri
Qısa təsviri: Gənclərin seçki prosesində aktiv iştirakını təşkil etmək məqsədilə seçki texnologiyalarına həsr olunmuş təlim proqramı və seminarlar təşkil edilmiş, maarifləndirici nəşrlər hazırlanmış və müşahidəçilər qrupu formalaşdırılmışdır
Həyata keçirildiyi zaman və yer: 2003, Bakı, Sumqayıt və Mingəçevir şəhəri
Donoru: İFES/Azərbaycan
 
 
Layihənin adı: «QHT Məktəbi» 
Qısa təsviri: Məktəb vasitəsi ilə həm QHT nümayəndələri, həm də bu sahə ilə  maraqlanan şəxslər üçün QHT-nin idarə olunmasının əsasları, strateji planlaşdırma, maliyyə və insan resurslarının idarə olunması, ictimai əlaqələrin inkişafı, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzularda təlimlər keçirilmişdir. Məktəbdə QHT-lər üçün məsləhət və kitabxana xidməti yaradılmışdır. «QHT Məktəbi» QHT-lərin regional görüşlərini, onların fəaliyyətini əks etdirən sərgilər təşkil etmiş və Azərbaycanda fəaliyyət göstərən QHT-lər haqqında informasiya bankı yaratmışdır
Həyata keçirildiyi zaman və yer: 2003 –  bu günə kimi, Bakı, Gəncə və Mingəçevir şəhəri
 
 
Layihənin adı: Regionlarda əhalinin seçki maarifçiliyi
Qısa təsviri: Əhalinin seçkilərdə aktiv iştirakını təmin etmək və onların vətəndaş cəmiyyətinin inkişafında rolunu artırmaq məqsədilə regionlarda yerli əhali üçün seminar və ictimai görüşlər təşkil edilmiş, maarifləndirici nəşrlər hazırlanmışdır. Həmçinin seçkilərdə müşahidə prosesini həyata keçirmək istəyən insanlar üçün xüsusi təlimlər keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2003, Saatlı  və Ağcabədi rayonu
Donoru: ABŞ-ın Azərbaycandakı Səfirliyi
 
 
Layihənin adı: Peşə təhsilinin inkişafına kömək
Qısa təsviri: Gənclərdə  peşə biliklərinə marağın artırılması və gənclərin yoxsulluq probleminin həllinə kömək etmək məqsədilə  regionlarda usta yanında peşə kursları təşkil olunmuş və bir sıra istehsalat sexləri yaradılmışdır
Həyata keçirildiyi zaman və yer: 2003-2005, İmişli, Beyləqan, Füzuli və Sabirabad rayonları 
Donoru: Avropa İcma Əlaqələndirmə  Mərkəzi
 
 
Layihənin adı: Yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu
Qısa təsviri: Bələdiyyənin yoxsulluq probleminin həllinə yaxından kömək göstərməsi üçün ilkin olaraq bələdiyyənin bütün üzvləri və  qulluqçuları üçün xüsusi təlim kursları keçirilmiş, daha sonra yerlərdə əhali ilə fokus qruplar təşkil olunmuş və yerlərdəki problemlər müəyyən olunmuşdur. Sonda müəyyən edilmiş problemlər ümumiləşdirilmiş və onların əsasında Mingəçevir Bələdiyyəsinin uzunmüddətli Strateji Planı və Fəaliyyət Planı hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2004-2005, Mingəçevir şəhəri
Donoru: OXFAM/GB və  İCCO
 
 
Layihənin adı: Abituriyentlərə  Yardım Mərkəzlərinin yaradılması
Qısa təsviri: Regionlarda imkansız ailələrdən olan abituriyentlərə kömək məqsədilə  8 fənn üzrə hazırlıq kursları təşkil olunmuş, mütəmadi sınaq imtahanları keçirilmiş və əyani vəsaitlər hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2003-2004, Bakı, Sabirabad, Beyləqan və Füzuli rayonu
 
 
Layihənin adı: Yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu
Qısa təsviri: Gənclərin yoxsulluq probleminin həllinə kömək etmək məqsədilə bələdiyyə və gənclər arasında əlaqələrin inkişafı üçün təlimlər, peşə kursları, asudə vaxt klubları, kitabxana və s. təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2005-2006, Mingəçevir şəhəri
Donoru: OXFAM/GB
 
 
Layihənin adı: Regionlarda «Uşaq Hüquq Məktəbi»nin yaradılması
Qısa təsviri: Uşaq hüquqlarının təbliği və qorunmasına kömək etmək məqsədilə ilk dəfə olaraq Uşaq Hüquq Məktəbi yaradılmış, təlim və görüşlər keçirilmiş, hüquqi məsləhət saatları təşkil edilmiş və uşaq hüquqları kitabxanası yaradılmışdır
Həyata keçirildiyi zaman və yer: 2005-2006, Füzuli rayonu
Donoru: ABŞ-ın Azərbaycandakı Səfirliyi
 
 
Layihənin adı: Bələdiyyə  büdcəsinə ictimai nəzarət
Qısa təsviri: Bələdiyyə  büdcəsinə nəzarət mexanizminin tətbiq olunmasına kömək məqsədilə, bələdiyyə üzvləri və qulluqçuları, həmçinin region gəncləri üçün maarifləndirici proqramlar təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2006, İsmayıllı  və Əli-Bayramlı şəhəri
Donoru: Açıq Cəmiyyət  İnstitutu Yardım Fondu (ACİ-YF)
 
 
Layihənin adı: Məktəblilərin səhiyyə təhsili
Qısa təsviri: Uşaqdan-uşağa ötürmə yolu ilə regionlarda şəxsi gigiyena sahəsində maarifləndirmə işləri aparılmış, maarifləndirici təlimlərlə yanaşı məktəblilərin mövzu ilə bağlı səhnəcikləri və rəsm sərgiləri təşkil edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2006, Bərdə, Tərtər, Yevlax və Goranboy rayonu
Donoru: OXFAM/GB
 
 
Layihənin adı: Bələdiyyə  Gənclər Mərkəzinin yaradılması və inkişafı
Qısa təsviri: Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların hərtərəfli maarifləndirilməsi və bələdiyyə-gənclər əməkdaşlığının inkişaf etdirilməsinə kömək etmək məqsədilə Bələdiyyə Gənclər Mərkəzinin yaradılmış və bu Mərkəz vasitəsilə peşə kursları təşkil olunmuş, təlim və seminarlar keçirilmiş, Bələdiyyə Gənclər Fondu yaradılmış, müxtəlif informasiya bülletenləri nəşr olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2006-2007, Mingəçevir şəhəri
Donoru: OXFAM/GB
 
 
Layihənin adı: Gənclərin təşəbbüslərinin inkişafı
Qısa təsviri: Tələbə  gənclərin ictimai aktivliyinin artırılmasına və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq məqsədilə Gənclərin Fəaliyyətinə Dəstək Mərkəzi yaradılmış və Tələbə Qrant Proqramı həyata keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2006-2008, Bakı şəhəri
Donoru: Açıq Cəmiyyət  İnstitutu Yardım Fondu, CRS və Project Harmony
 
 
Layihənin adı: “Azərbaycan Təhsil Portalı”nın yaradılması
Qısa təsviri: Azərbaycanda və eləcə də xaricdə təhsil və təlim yenilikləri haqda məlumatların vahid bir internet səhifədə toplanması məqsədilə universal təhsil portalı yaradılmış, təhsil problemlərini müəyyən etmək üçün internet forumlar keçirilmişdir. Hazırda portal fəaliyyət göstərir
Həyata keçirildiyi zaman və yer: 2006-2007, Bakı  şəhəri
Donoru: Dünya Bankı-Azərbaycan
 
 
Layihənin adı: Avropa Şurası: dəyərləri, fəaliyyəti və strukturu
Qısa təsviri: Avropa Şurası  haqda gənclərin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə  silsilə təlim kursları keçirilmiş, Şura haqqında sənədli filmlər nümayiş etdirilmiş, maarifləndirici nəşrlər paylanılmışdır
Həyata keçirildiyi zaman və yer: 2006, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri
Donoru: Avropa Şurasının  Azərbaycandakı İnformasiya ofisi
 
 
Layihənin adı: Minilliyin İnkişaf Məqsədləri (MİM) kampaniyası
Qısa təsviri: MİM-in 4-cü  və 5-ci hədəf məqsədlərinin aradan qaldırılması üçün regionlarda uşaq və gənclər arasında maarifləndirici kampaniyalar təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2006-2007, Bərdə, Yevlax və Mingəçevir şəhəri
Donoru: OXFAM/GB
 
 
Layihənin adı: Gənclər vətəndaş  cəmiyyəti quruculuğunda
Qısa təsviri: Gənclərin vətəndaş  cəmiyyəti quruculuğunda aktiv iştirakına nail olmaq məqsədilə, Avropa ölkələrinin təcrübəsi öyrənilmiş və Azərbaycanda tətbiqi üçün tədbirlər həyata keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2006, Albaniya-Azərbaycan
Donoru: ACİYF, Şərq-Şərq Proqramı
 
 
Layihənin adı: “Dəniz Dostları”
Qısa təsviri: Gənclər arasında idman və mədəniyyət təşəbbüslərinin inkişafına kömək məqsədilə müxtəlif ölkələrin idman və mədəniyyət mərkəzləri ilə tanışlıq, təcrübə mübadiləsi və öyrənilmiş təcrübənin ölkəmizdə tətbiqi həyata keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2006 –  2007, Azərbaycan, Böyük Britaniya, İsrail, Makedoniya
Donoru: British Council
 
 
Layihənin adı: Tələbə Radiosu”         
Qısa təsviri: Azərbaycan Dövlət  İqtisad Universitetində pilot olaraq tələbələrin informasiya əldə etmək hüququnu təbliğ etmək, eləcə də  tələbələr arasında yeni-yeni informasiyaların yayılması  və çatdırılmasına kömək etmək üçün tələbə radiosu yaradılmışdır. Bu layihə tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə kömək etməyi də nəzərdə tutmuşdur
Həyata keçirildiyi zaman və yer: 2007, Bakı  şəhəri
Donoru: ACİYF və  CRS
 
 
Layihənin adı: Region uşaqlarının mədəniyyət festivalı     
Qısa təsviri: 10 regionu təmsil edən 300 nəfər istedadlı uşağın iştirakı ilə mədəniyyət festivalı keçirilmiş, ictimaiyyət üçün uşaqların müxtəlif sahələrdə (musiqi, rəsm, heykəltaraşlıq və s.) istedadları nümayiş etdirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2007, Sabirabad rayonu
Donoru: Beynəlxalq Uşaq Mədəniyyət Fondu
 
 
Layihənin adı: Gənclər arasında AİDS-ə qarşı qabaqlayıcı tədbirlər
Qısa təsviri: Gənclər arasında AİDS təhlükəsinin qarşısının alınması üçün maarifləndirici işlər aparılmış və steril materiallarla təmin olunmasına kömək edilmişdir. Eləcə də bu problemlə üzləşmək təhlükəsi olanlara psixoloji və hüquqi yardımlar göstərilmişdir
Həyata keçirildiyi zaman və yer: 2007-2008, Sumqayıt  şəhəri
Donoru: Qlobal Fond və ACİYF Səhiyyə Proqramı
 
 
Layihənin adı: Gənclərin sülh quruculuğu təşəbbüsü
Qısa təsviri: Regionlardan olan gənclərdə sülh quruculuğu təşəbbüslərinin aşılanması və konfliktlərin həll olunmasında gənclərin rolunun artırılmasına kömək edilmişdir. Bu məqsədlə bir neçə ölkənin təcrübəsi də öyrənilmişdir
Həyata keçirildiyi zaman və yer: 2007-2008, Bakı, Sumqayıt, Beyləqan, Füzuli, Tovuz, Gəncə, Bərdə rayonu
Donoru: CRS və CORDAİD
 
 
Layihənin adı: Qaçqın və  məcburi köçkün gənclərin məşğulluq səviyyəsi ilə bağlı tədqiqat
Qısa təsviri: Qaçqın və  məcburi köçkün gənclərin biznes imkanları, yeni biznes yaratma imkanları, alıcılıq qabiliyyəti, digər regionların bazarlarına çıxış imkanları və biznes kreditlərin verilməsi tədqiq olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2008, Füzuli rayonu
Donoru: Danimarka Qaçqınlar Şurası 
 
 
Layihənin adı: Gənclərin konfliktlərin həllində iştirakı 
Qısa təsviri: Beynəlxalq aləmdə  baş verən konfliktlərin həllində gənclərin aktiv iştirakına həsr olunmuş təcrübə mübadiləsi təşkil edilmiş və 7 nəfər azərbaycanlı gənc Misir Ərəb Respublikasında təcrübə əldə etmişdir
Həyata keçirildiyi zaman və yer: 2008, Azərbaycan – Misir Ərəb Respublikası
Donoru: CRS
 
 
Layihənin adı: Xanlar rayonu Aşıqlı kəndində məktəb binasının bərpası
Qısa təsviri: Qeyd olunan ərazidə  təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli sinif otaqları, kompyuter otağı, kitabxana və idman meydançası yaradılmışdır
Həyata keçirildiyi zaman və yer: 2008, Xanlar rayonu
Donoru: Yaponiyanın Azərbaycandakı Səfirliyi
 
 
Layihənin adı: Gənclər arasında könüllülük ideyalarının yayılması
Qısa təsviri: Beynəlxalq könüllülərlə  birgə gənclər arasında könüllülük ideyaları aşılanmış, teatrlar hazırlanmış, müxtəlif kurslar, rəsm dərsləri və ekoloji aksiyalar təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2008 –  2009, Mingəçevir şəhəri
Donoru: Avropa Birliyinin Gənclər Proqramı 
 
 
Layihənin adı: Peşə Məktəbinin yaradılması
Qısa təsviri: 3 regionda kiçik Peşə Məktəbi yaradılmış və imkansız ailələrdən olan gənclər oraya cəlb olunaraq peşə biliklərinə yiyələnmişlər. Məktəb məişət cihazlarının, avtomobillərin təmiri, dülgərlik, kişi və qadın bərbərliyi, tikiş və toxuculuq, mobil telefonların təmiri və s. kurslar təşkil etmişdir
Həyata keçirildiyi zaman və yer: 2008 –  2009, Füzuli, Beyləqan, Ağcəbədi rayonu
Donoru: Avropa İcma Əlaqələndirmə Mərkəzi
 
 
Layihənin adı: İdman insanları birləşdirir
Qısa təsviri: Gənclər arasında idman təşəbbüslərinin təbliği məqsədilə birgə beynəlxalq düşərgələr və oyunlar təşkil olunmuş, yeni idman layihələri ideyaları hazırlanmış, eləcə də qarşılıqlı olaraq müxtəlif ölkələrin idman təcrübələrini öyrənmək məqsədilə səfərlər təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2008, Azərbaycan və Gürcüstan
Donoru: British Council
 
 
Layihənin adı: Gənclər arasında AİDS maarifçiliyi
Qısa təsviri: Gənclərin sağlamlığının qorunması və onlar arasında AİDS-in törətdiyi fəsadlar haqqında geniş maarifçilik işi aparılmış, “Səma” Gənclərin Sağlamlıq Mərkəzi yaradılmış və məsləhət xidməti təşkil olunmuşdur
Həyata keçirildiyi zaman və yer: 2008-2009, Sumqayıt  şəhəri
Donoru: Qlobal Fond və  ACİYF Səhiyyə Proqramı
 
 
Layihənin adı: Tələbələr açıq cəmiyyət quruculuğunda
Qısa təsviri: Tələbə  Təşkilatlarının inkişafına kömək məqsədilə xarici ölkələrin təcrübəsi öyrənilmiş və Azərbaycanda tətbiqi təşviq edilmişdir
Həyata keçirildiyi zaman və yer: 2008, Azərbaycan və Estoniya
Donoru: Şərq-Şərq Proqramı
 
 
Layihənin adı: Birlikdə  inamla ucalaq!
Qısa təsviri: Müxtəlif ölkələrin milli azlıqlarında ibarət gənclər qrupları ilə, həmin ölkənin sosial qayğıya ehtiyacı olan təbəqələrinin problemləri öyrənilmiş və kiçik layihələr həyata keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2008-2009, Azərbaycan və Böyük Britaniya
Donoru: British Council
 
 
Layihənin adı: Təcrid olunmuş  qruplardan olan uşaqların təhsilə cəlb olunması (I mərhələ)
Qısa təsviri: Bu qrupdan olan uşaqların təhsildən yayınmasının qarşısını almaq və  onlarda təhsilə maraq artırmaq məqsədilə Şagird İnkişaf Komitələri yaradılmış, şagirdlər üçün bir sıra xidmət sahələri yaradılmışdır
Həyata keçirildiyi zaman və yer: 2008 –  2010, Füzuli rayonu
Donoru: ACİYF Təhsilə  Dəstək Proqramı
 
 
Layihənin adı: QHT Məktəbi konsepsiyasının inkişafı
Qısa təsviri: QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyət həyata keçirən “QHT Məktəbi”nin fəaliyyətinə əlavə dəstək verilmişdir
Həyata keçirildiyi zaman və yer: 2008, Bakı  şəhəri
Donoru: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
 
 
Layihənin adı: Pozulan tələbə  hüquqlarına qarşı
Qısa təsviri: Tələbələrin hüquqi biliklərinin artırılması və pozulmuş tələbə hüquqlarının müdafiəsi məqsədilə təlim proqramı təşkil edilmiş, qanunvericilik bazasının formalaşdırılması üçün təkliflər hazırlanmışdır
Həyata keçirildiyi zaman və yer: 2008-2009, Bakı  şəhəri
Donoru: Açıq Cəmiyyət  İnstitutu Yardım Fondu
 
 
Layihənin adı: Azərbaycan xarici KİV-lərdə
Qısa təsviri: Qabaqcıl xarici KİV-lərdə Azərbaycan haqqında yazılan məqalələrin toplanmış, tərcümə olunmuş, müxtəlif yerli veb-səhifələrdə yayımlanmış və ictimaiyyətə çatdırılmışdır
Həyata keçirildiyi zaman və yer: 2008-2009, Bakı  şəhəri
Donoru: Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
 
 
Layihənin adı: Regionlarda gənclər klublarının fəaliyyətinin stimullaşdırılması
Qısa təsviri: Regionlardan olan gənclərin ictimai fəallığının artırılması, onlar gənclər təşkilatlarında fəal təmsil olunması və beynəlxalq aləmə inteqrasiya istiqamətində fəaliyyətlər həyata keçirilmişdir.
Həyata keçirildiyi zaman və yer: 2009, 20 rayon
Donoru: Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyi
 
 
Layihənin adı: “Fərqli olsaq da, birlikdəyik”
Qısa təsviri: Regionlarda yaşayan və milli azlıqlardan olan gənclər üçün Bakı şəhərində 1 həftəlik təlim kursu təşkil edilmiş və təlimi başa vuran gənclərin iştirakı ilə onların təmsil olunduqları regionlarda kiçik sosial layihələr keçirilmişdir
Həyata keçirildiyi zaman və yer: 2009-2010, Bakı, Quba və Lənkəran şəhəri
Donoru: Avropa Şurası  Gənclər Fondu
 
 
Layihənin adı: Malyariya xəstəliyi və onun profilaktikasına aid tədris materiallarının işlənib hazırlanmasına və bu materialların orta məktəblərin tədris proqramlarına (kurrikulumuna) daxil edilməsi
Qısa təsviri: Malyariya xəstəliyi və onun profilaktikasına aid tədris materialları işlənib hazırlanmış və bu materiallar orta məktəblərin tədris proqramlarına (kurrikulumuna) daxil edilmişdir.

Layihə  çərçivəsində təhsil sahəsində işləyən mütəxəssislərlə müzakirələr aparılmış, malyariya xəstəliyinin profilaktikasına dair materialların məktəblərdə müasir və mütərəqqi üsullarla tədrisinə imkan verən mühitin yaradılması yolları tədqiq olunmuş, eləcə də seminar və təlimlər keçirilmişdir.

Həyata keçirildiyi zaman və yer: 2009, 10 rayon
Donoru: Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi HİV/AİDS, Vərəm və Malyariya ilə  mübarizə üzrə Proqramın Lahiyə Əlaqələndirmə  Bürosu
 
 
Layihənin adı: Texniki peşə təhsilinin inkişafına dəstək
Qısa təsviri: Texniki peşə təhsilinin ictimai statusunun artırılması, gənclərin bu sahəyə maraq göstərməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes qurumlarının texniki peşə təhsilli insanlar üçün karyera imkanları  yaratması və s. istiqamətlərdə fəaliyyət həyata keçirilmişdir.
Həyata keçirildiyi zaman və  yer: 2009, Bakı şəhəri
Donoru: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
 
 
Layihənin adı: “Əsrin müqaviləsi – regionların sosial-iqtisadi inkişafına gedən yol” aksiyası
Qısa təsviri: Əsrin Müqaviləsinin regionlarımızın sosial-iqtisadi inkişafında oynadığı əvəzsiz rolu gənclərimizin diqqətinə çatdırmaq üçün Bakı Əyləncə Mərkəzində rəsmi və bədii hissədən ibarət olan aksiya keçirilmişdir. Aksiya çərçivəsində Əsrin Müqaviləsinin Azərbaycanın sosial-iqtisadi, o cümlədən neft sahəsinin inkişafındakı rolundan bəhs edən qısametrajlı film hazırlanmış və nümayiş etdirilmişdir
Həyata keçirildiyi zaman və  yer: 2009, Bakı şəhəri
Donoru: “Bank Respublika” ASC
 
 
Layihənin adı: Gənclər üçün  İKT Məktəbi
Qısa təsviri: Qaçqın və məcburi köçkün gənclər üçün müasir informasiya kommunikasiya texnologiyalarına həsr olunmuş təlim proqramı təşkil olunmuş, müxtəlif İKT bloqları yaradılmış və internet aksiyalar keçirilmişdir
Həyata keçirildiyi zaman və  yer: 2009-2010, Bakı şəhəri
Donoru: Açıq Cəmiyyət İnstitutu Yardım Fondu
 
 
Layihənin adı: Avropa Şurasının 60 illiyinə  həsr olunmuş tədbirlər
Qısa təsviri: Region gəncləri üçün Avropa Şurası haqqında seminarlar və təqdimatlar keçirilmiş, Azərbaycan və Avropa Şurası adlı kitab hazırlanmış və “Gənclər üçün Avropa Şurası” məqalə müsabiqəsi keçirilmişdir
Həyata keçirildiyi zaman və  yer: 2009, Bakı, Gəncə və Şirvan şəhəri
Donoru: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Avropa Şurasının Azərbaycandakı İnformasiya ofisi
 
 


2337 dəfə oxunub
Bölmələr



Son xəbərlər

Saat

Təqvim
«    Fevral 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 

Keçidlər








Sorğu
GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 


Linklər
Bizə qoşul
Bizi izlə
Mövzulara E-mail ilə abunə ol