Rasim Ağayevin Gun.az-a müsahibəsi: Çox təəssüf ki, bu gün ölkəmizdə QHT-lərin çoxu eyni işi görür
 Gənclər üçün Təhsil Mərkəzinin əsas prioritet istiqamətləri arasında hər il olduğu kimi ötən il də gənclərin və təhsilin inkişafı xüsusi yer tutub. Bu gün ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişaf tempinə uyğun gənclərimizin və təhsilimizin inkişafı, müasir texnologiyaların tətbiqi, dünya arenasında təmsilçilik və s. labüdləşir. İnkişaf edən hər bir sahədə təcrübəli və ictimaiyyətçi gənclərin olması zərurət təşkil edir. Bu baxımdan Mərkəz təhsilin inkişafı istiqamətinə, yeni təcrübə sahələrinin tətbiqinə, gənclərimizin qeyri-formal təhsilinin inkişafına, region gənclərinin aktivləşməsinə və digər fəaliyyətlərə üstünlük verib. Ötən il mərkəzdə həm Turizm ili ilə əlaqədar, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Doğrusu yeniliklər də, prioritetlər də çoxdur. Lakin bunların hamısı üçün zaman çox azdır. Bizi həmişə zaman sıxır. Bunlara baxmayaraq biz bu il əsas gücümüzü ötən ildəki məsələlərə yönəldəcəyik. Çünki bizim gördüyümüz iş davamlılığını qorumalıdır, yoxsa yarımçıq qalıb əhəmiyyətini itirər. Yeniliklər sırasında bir neçə regional ofisimizin açılmasını, yeni beynəlxalq QHT şəbəkələrinə daxil olacağımızı, Mərkəzin Tələbə qəzetinin yenidən işıq üzü görəcəyini, bir neçə beynəlxalq mübadilə proqramlarının həyata keçiriləcəyini və s. qeyd edə bilərəm.
|
Elnur Axundovun "Vətəndaş Cəmiyyəti" jurnalına müsahibəsi: Mərkəzin əsas gücü onun kadr potensialındadır.
 Elnur Axundov, Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini: Bizim potensiallı gənclərimiz çoxdur və onları üzə çıxartmağın vaxtıdır. Fəaliyyətinin 10-cu ilini başa vuran Gənclər üçün Təhsil Mərkəzi 2000-ci ilin dekabr ayında Bakı şəhərində təhsil alan bir qrup aktiv tələbə tərəfindən yaradılıb. Ümumiyyətlə, həmin dövrədək gənclərin təhsil problemləri ilə, eləcə də onların qeyri-formal təhsil prosesinə cəlb olunması ilə məşğul olan qeyri-hökumət təşkilatı mövcud deyildi. Bu baxımdan mərkəzin yaranması zəruri idi. Əsas missiyası Azərbaycanın aktiv gənclərini bir araya gətirərək, onların potensialını demokratik, savadlı, sağlam və təhlükəsiz vətəndaş cəmiyyəti qurmağa yönəltməkdir.
|
Elnur Axundovun "Paritet" qəzetinə müsahibəsi
 Bu gün Azərbaycan tolerant ölkə kimi dünyada tanınıb. Belə ki, ölkəmizdə müxtəlif dinlərə, adət-ənənələrə mənsub olan etnik qruplar yaşayırlar. Hətta bu qruplara öz milli bayramlarını, mədəniyyətlərini və s. təqdim etmək üçün imkanlar da yaradılır. Milli azlıqlarla bağlı festival və bir sıra qeyri hökumət təşkilatları tərəfindən tədbirlər, təlimlər həyata keçirilir. Bir müddət əvvəl Gənclər üçün Təhsil Mərkəzi də Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərqli olsaq da, birlikdəyik adlı layihəsi çərçivəsində ölkəmizin müxtəlif regionlarında yaşayan milli azlıqlar üçün təlim proqramı həyata keçirib. Bu haqda ətraflı məlumat əldə etmək üçün Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Elnur Axundovla həmsöhbət olduq. O, ilk olaraq Mərkəzin yaradılması və əsas fəaliyyət istiqamətləri barədə məlumat verdi.
|
Elnur Axundovun "Vətəndaş cəmiyyəti" jurnalına müsahibəsi
 Təbii ki, mərkəzin proqramlarının və beynəlxalq əlaqələrinin genişləndirilməsi, kadr potensialının və maliyyə davamlılığının gücləndirilməsi də əsas planlarımızdandır. Gənclər və təhsil sahəsində isə ilkin planlarımıza Gənclərin asudə vaxt mərkəzinin, Gənclərin Elm Mərkəzinin, müxtəlif maraq klublarının, peşə kurslarının, müxtəlif məsləhət xidmətlərinin, müxtəlif internet portalların yaradılması, gənclərin hüquq, iqtisadiyyat, mədəniyyət və digər sosial təşəbbüslərinin inkişaf etdirilməsi, beynəlxalq konfransların keçirilməsi istiqamətində layihələrin reallaşdırılması daxildir.
|
Mərkəzin beynəlxalq əlaqələri daha da güclənir
 Hər il yüzlərlə gənc Gənclər üçün Təhsil Mərkəzinin beynəlxalq əməkdaşlıq proqramları vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil olunan tanışlıq səfərlərində, seminar və təlimlərdə, konfrans və simpoziumlarda, sərgi və müsabiqələrdə, eləcə də yay və qış düşərgələrində iştirak edir. Bu proqramların ilbəil inkişaf etməsində və genişlənməsində Mərkəzin üzv olduğu beynəlxalq QHT şəbəkələrinin böyük rolu vardır. Belə ki, Mərkəz üzv olduğu beynəlxalq şəbəkələr vasitəsilə Avropanın müxtəlif ölkələrində təşkil edilən beynəlxalq tədbirlərdə öz üzvlərinin iştirakını təmin edir.
|
Vüsal Quliyevin "Kaspi" qəzetinə müsahibəsi
 Qısa müddət ərzində fəaliyyətə başlamasına baxmayaraq, "Gənclər üçün Təhsil Mərkəzi" Azərbaycanın müxtəlif regionlarında gənclərin sosial problemlərinin həlli istiqamətində konkret layihə və proqramlar həyata keçirməyə başlayıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin hüquqlarının müdafiəsi, təhsil müəssisələrinə texniki kömək, peşə kurslarının yaradılması, yeni ədəbiyyatların hazırlanması, gənclər klublarının və kitabxanaların yaradılması, mədəni proqramların təşkili və s. istiqamətlərdə 500-dən çox layihə icra edən mərkəz ümumi götürsək, gənclərlə iş baxımından ən fəal təşkilatlardandır. Yeni tədris ili başlayıb. Normalda belə şəraitdə QHT-lər fəallığı artırmalı, gənclərlə iş baxımından yeni layihələri təqdim etməli, bir sözlə, gənclərin yığılan enerjisindən səmərəli istifadə etməlidilər. "Gənclər üçün Təhsil Mərkəzi"nin təsisçisi Vüsal Quliyevlə söhbətimiz də elə bu barədə oldu.
|
|
| « Fevral 2012 » | Be | Ça | Ç | Ca | C | Ş | B | | | 1 | 2 | 3 | 4 | 5 | | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | | 27 | 28 | 29 | |
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|