«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

17 iyun 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
“Youth Beam” Ictimai Birliyi, Avropa Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclərin Beynəlxalq Görüşünü təşkil edir. 17 – 23 sentyabr, 2010 -da “Gənclərin Sülh şəraitində yaşama uğrunda Birləşməsi” Mədəniyyətlərarası və Dinlərarası Gənclər Görüşü, Azərbaycanda Quba şəhərində təşkil olunacaq.


 

1 iyun 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Avropa İnsan Hüquqları Məhkəməsinin 60 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə məqalə müsabiqəsi elan edir.
Məqalə müsabiqəsinin əsas məqsədi tələbələrin Avropa İnsan Hüquqları Məhkəməsi ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.



 

23 aprel 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əgər yay tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Beynəlxalq Yay Düşərgələri” Proqramına müraciət edə bilərsiniz. Beynəlxalq Yay Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, Siz bu fürsətdən istifadə edib yeni-yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.
Düşərgələr zamanı iştirakçıların yemək və qalmaq xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Digər xərclər isə iştirakçılar tərəfindən ödəniləcəkdir.


 

3 aprel 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfı (TOG) və Gənclər üçün Təhsil Mərkəzi birgə bu günlərdə TOG-un Azərbaycan nümayəndəliyinin yaradılmasına qərar verilmişdir.
Nümayəndəliyin yaradılması münasibəti ilə 6-9 aprel 2010-cu ildə ölkəmizə TOG-un baş ofisindən qonaqlar dəvət edilmişdir.
Əgər Siz də TOG-un Azərbaycan nümayəndəliyinin fəaliyyətində yaxından iştirak etmək, könüllü olmaq, eləcə də ölkəmizdə olan qonaqların təlimlərində iştirak edib, növbəti dövr üçün planlarla tanış olmaq istəyirsinizsə bizə qoşulun!


 

30 mart 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Sizləri “Məqsədə nail olmağın sirri” adlı təqdimata dəvət edir. Təqdimatın keçirilməsində əsas məqsəd gənclərə məqsədə çatmaqda düzgün hədəf seçə bilmək və həyata yeni baxışla baxmaq haqqında psixoloji biliklər verməkdir.
Təqdimat Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində, psixoloq Saqibə Əhmədova tərəfindən aparılacaqdır.


 

24 mart 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Almaniya Federativ Respublikasında təhsil almaq imkanlarınızı genişləndirmək və bu imkanların əldə edilməsi üçün hansı addımların atılmasını öyrənmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Almaniyada təhsil almaq imkanları” mövzusunda seminarda iştirak edə bilərsiniz.
Seminar 07 aprel 2010-cu il tarixdə Almaniyanın Kassel Universitetinin qlobal siyasi iqtisadiyyat üzrə magistri Sultan Zahidov tərəfindən keçiriləcək.


 

1 fevral 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Sizləri “Ağ evin unudulmaz sakinləri” adlı təqdimata dəvət edir.
Təqdimatın keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarının prezidentləri haqqında bilmədiyiniz məlumatları, qeyri-adi faktları, onların siyasi kurslarının maraqlı tərəfləri və müqayisəli xüsusiyyətləri ilə gəncləri yaxından tanış etməkdir.
Təqdimat 6 fevral 2010-cu il, saat 12:30-da Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində Bakı Dövlət Universitetinin Amerikaşünaslıq fakültəsinin magistri Türkay Qasımlı tərəfindən aparılacaqdır.


 

23 yanvar 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əgər yaz tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin “Beynəlxalq Yaz Düşərgələri” Proqramına qoşula bilərsiniz. Beynəlxalq Yaz Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir.
Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, siz bu fürsətdən istifadə edib yeni – yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz.


 

11 yanvar 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Əziz gənclər!

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq internet aksiya keçirmək qərarına gəlmişdir.
İnternet aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Bu məqsədlə Vətən qarşısında olan borcumuzu qismən də olsa yerinə yetirmək üçün hamınızı aksiyada aktiv iştiraka dəvət edirik.
Aksiya 19-20 yanvar 2010-cu il tarixdə Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində keçiriləcək.
Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək qrafikə uyğun olaraq gənclər növbəli olaraq internet vasitəsi ilə 20 Yanvar faciəsi ilə əlaqədar məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet səhifələrə, əcnəbi qəzet və jurnallara göndərəcəklər.


 

28 dekabr 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi və İnternational Exchange Center “Work and Travel USA proqramı gənclərin gözü ilə” adlı video rolik müsabiqəsi elan edir.
Müsabiqəsinin əsas məqsədi gənclərin “Work and Travel USA proqramı” haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etməkdir.

Müsabiqəyə təqdim olunan video roliklər üçün əsas şərtlər:
­- 3 dəqiqədən artıq olmamalı;
­- Rolikdə istifadə olunan şəkillər və videolar aydın olmalı;
­- Rolikin əvvəlində adı, sonunda isə hazırlayan şəxsin adı və soyadı, təhsil aldığı ali məktəb və kurs göstərilməli.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur