|
|
Şagird İnkişaf Komitəsi modeli regionlarda inkişaf etdirilir
 Gənclər üçün Təhsil Mərkəzi ötən ilin əvvəlindən başladığı Şagird İnkişaf Komitəsi konsepsiyası layihəsinin növbəti mərhələsinə başladı. Əsas məqsədi şagirdlərin təhsilə marağının artırılması, təhsildən yayınan şagirdlərin məktəbə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkil olunması, ictimai aktivliklərinin artırılması və vətəndaş cəmiyyətinin inkişafı prosesinə qatılmalarını təşviq etmək olan layihə Füzuli rayonu Qayıdış qəsəbəsində icra olunur. Layihə Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin Təhsilə Dəstək Proqramının maliyyə dəstəyi ilə həyata keçirilir.
|
ELAN - Fransada "Beynəlxalq Yay Düşərgəsi"
 Əgər yay tətilinizi Avropanın inkişaf etmiş ölkələrindən biri olan Fransada keçirtmək istəyirsinizsə, Gənclər üçün Təhsil Mərkəzinin Beynəlxalq Yay Düşərgələri Proqramına müraciət edə bilərsiniz. Beynəlxalq Yay Düşərgələri Fransanın bütün şəhərlərində həyata keçirilir və uşaqlarla iş, sosial iş, incəsənət, əlillərlə iş, ekologiya və təhsil sahələrini əhatə edir. Düşərgədə dünyanın müxtəlif ölkələrindən olan gənclər iştirak edir ki, Siz bu fürsətdən istifadə edib yeni-yeni dostlar qazana bilər, xarici dil biliklərinizi artıra və dünya görüşünüzü inkişaf etdirə bilərsiniz. Düşərgələr zamanı iştirakçıların yemək və qalmaq xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Digər xərclər isə iştirakçılar tərəfindən ödəniləcəkdir.
|
Macarıstan və Azərbaycan gəncləri arasında əməkdaşlıq yeni mərhələdədir
 Macarıstanın Egyesek Təşkilatının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin nümayəndə heyəti bu gün Budapeşt şəhərinə rəsmi səfərə getmişdir. Əsas məqsədi Azərbaycan və Macarıstan gənclər təşkilatları arasında əlaqələri inkişaf etdirmək, birgə əməkdaşlıq proqramları hazırlamaq, eləcə də Davamlılıq inkişafda beynəlxalq seminarında iştirak etmək olan səfər proqramı 12 gün davam edəcək. Səfər proqramı çərçivəsində Macarıstanın bir sıra gənclər təşkilatları ilə görüşlər keçiriləcək, müzakirələr aparılacaq və 20-dən artıq ölkənin gənclər təşkilatının qatıldığı beynəlxalq seminar keçiriləcək. Proqram çərçivəsində Azərbaycan həqiqətlərinin, eləcə də tarixi və mədəniyyətinin təqdim olunması məqsədilə Azərbaycan günü də keçiriləcək.
|
Qlobal Gənclər Xidməti Günü Azərbaycanda da qeyd olunur
 Əsası ilk dəfə 1988-ci ildə ABŞ-da qoyulan, hər il milyonlarla uşaq və gənc tərəfindən öz icmalarında göstərilən xidmətlərin inkişafı münasibəti ilə qeyd edilən Qlobal Gənclər Xidməti Günü bu ildən başlayaraq Azərbaycanda da qeyd olunacaq. Qeyd edilən gün 100-dən artıq ölkədə keçirilir və əsas məqsədi gənclərə göstərilən icma xidmətlərinin inkişaf etdirilməsidir. 23-25 aprel 2010-cu ildə qeyd ediləcək Qlobal Gənclər Xidməti Günü isə ölkəmizdə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq.
|
Vətənpərvər kimdir? sorğusu başladı
 Gənclər üçün Təhsil Mərkəzi bu gün Vətənpərvər kimdir? sosioloji sorğusunun keçirilməsinə start verdi. Sorğunun keçirilməsində əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaqdır. Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər.
|
Region gənclərinin məşğulluq imkanlarının artırılması üçün informasiya təminatı və məlumat xidməti yaradıldı
 Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək adlı layihənin icrasına start vermişdir. Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir. Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutmuşdur. Layihə başladığı vaxtdan bu günə kimi nəzərdə tutulan təlim proqramlarından və məsləhət xidmətindən birbaşa olaraq 2000-dən artıq region gənci yararlanmışdır.
|
Mərkəz əməkdaşı beynəlxalq konfransda iştirak etmişdir
 8 aprel 2010-cu il tarixdə Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Cənubi Qafqaz hüquq təhsili metodikası adlı beynəlxalq konfrans keçirilmişdir. Əsas məqsədi Cənubi Qafqazda hüquq təhsilinin inkişafına kömək etmək, mövcud problemlərin və onların həlli yollarının tapılmasına həsr olunmuş konfransda Gənclər üçün Təhsil Mərkəzinin kadr məsələləri və sənədləşdirmə bölməsinin rəhbəri Rasim Ağayev də iştirak etmişdir.
|
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndliyinin təqdimatı keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Anadolu Türk Litseyinin akt zalında Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyinin ilk təqdimatı keçirildi. Türk və azərbaycanlı tələbələrin, QHT və KİV nümayəndələrinin, eləcə də təhsil işçilərinin qatıldığı təqdimatın keçirilməsində əsas məqsəd Vakfın fəaliyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq və gələcək inkişaf strategiyalarını iştirakçılarla bölüşmək olmuşdur. Könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin işinə maddi və texniki dəstək göstərən Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi adından direktor müavini Günay Sadıxova tədbirdə çıxış etmiş və bu gün Türkiyə və Azərbaycan gənclərinin birgə fəaliyyət göstərəcəyi ortaq bir qurumun olmasına ehtiyac olduğunu bildirmişdir.
|
Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı
 Dünən Gənclər üçün Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfının Azərbaycan nümayəndəliyi yarandı. Əsas məqsədi könüllülüyün inkişafını təşviq etmək və könüllü fəaliyyətlərlə vətəndaş cəmiyyətinin gücləndirilməsinə kömək etmək olan nümayəndəliyin yaranması prosesində azərbaycanlı gənclərlə yanaşı türkiyəli tələbə-gənclər də iştirak etmişdir. Qeyd edək ki, nümayəndəliyin yaranması üçün Gənclər üçün Təhsil Mərkəzi bir neçə dəfə qarşılıqlı tanışlıq səfərlərinin keçirilməsini təmin etmişdir.
|
ELAN - TOG-un Azərbaycan nümayəndəliyinin təqdimatı
 Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət gənclər təşkilatı olan Toplum Könüllüləri Vakfı (TOG) və Gənclər üçün Təhsil Mərkəzi birgə bu günlərdə TOG-un Azərbaycan nümayəndəliyinin yaradılmasına qərar verilmişdir. Nümayəndəliyin yaradılması münasibəti ilə 6-9 aprel 2010-cu ildə ölkəmizə TOG-un baş ofisindən qonaqlar dəvət edilmişdir. Əgər Siz də TOG-un Azərbaycan nümayəndəliyinin fəaliyyətində yaxından iştirak etmək, könüllü olmaq, eləcə də ölkəmizdə olan qonaqların təlimlərində iştirak edib, növbəti dövr üçün planlarla tanış olmaq istəyirsinizsə bizə qoşulun!
|
Ən çox oxunan məlumatlar
» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi » QHT Məktəbi payız təlimlərinə başlayır » Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün » Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
| |
|