«    Fevral 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28



Mövzulara E-mail ilə abunə ol










 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət etdi.
Yüzlərlə gəncin iştirak etdiyi ziyarətin sonunda Gənclər üçün Təhsil Mərkəzi öz Bəyanatını səsləndirdi.
Təəssüf hissi ilə qeyd edildi ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.
Gənclər ümid etdilər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələblərimizi dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət özünun beynəlxalq hüquqi qiymətini alacaqdır.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin ötən ilin sonunda elan etdiyi ”Bələdiyyələr gənclərin gözü ilə” məqalə müsabiqəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev müsabiqənin “Bələdiyyələrə dəstək, özümüzə kömək” proqramı çərçivəsində elan edildiyini söyləyib.
Əsas məqsəd gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olub. Müsabiqəyə təqdim edilən 50-yə yaxın məqalə ümumilikdə bələdiyyə və gənclər əməkdaşlığı, bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi, gənclər və bələdiyyə seçkiləri, Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları, vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu və Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri ilə bağlı mövzulara həsr olunub.


 

Gənclər üçün Təhsil Mərkəzi Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar olaraq fevral ayının 25-də Almaniyanın Kassel şəhərində ”Xocalı faciəsini tanıtım” adlı mərasim təşkil edəcək.
Mərasimin keçirilməsində əsas məqsəd Almaniyanın Kassel şəhərində təhsil alan tələbələrə, ziyalılara və yerli sakinlərə Xocalı faciəsi ilə əlaqədar həqiqətləri çatdırmaqdır.
Mərasimdə Azərbaycanın Almaniyadakı Səfirliyinin nümayəndələri, Almaniya-Azərbaycan Forumunun başçısı Otto Hauzer, Cassel, Hötengem, Leyptsik, Marburg universitetlərinin müəllim və professor heyəti, Kassel Xristian Cəmiyyəti, Kassel Bələdiyyəsinin nümayəndələri, Hessen əyalətinin Sosial-Demokratlar Partiyasından olan millət vəkilləri, QHT-lər, KİV və tələbələr iştirak edəcəklər.


 

Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycanda xeyli sayda onlayn qruplar fəaliyyət göstərir. Hər bir qrup yaranarkən qarşısına konkret məqsədlər qoyur və özləri üçün spesifik mövzular müəyyən edirlər. Əsasən qeyri-hökumət təşkilatları tərəfindən yaradılan bu qrupların əksəriyyəti müzakirə və yenilik xarakteri daşıyır. Lakin bu qrupların fəaliyyəti uzun müddət davam edə bilmir və yenilənmədiyi üçün fəaliyyətini dayandırır.
Gənclər üçün Təhsil Mərkəzinin yaratdığı və onun adı ilə birbaşa bağlı olan qrup isə Azərbaycanda ən böyük və davamlılığını qoruyan, onlayn məlumat və informasiya qrupudur. Hazırda qrupun 1500 üzvü var.


 

Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklərBu gün Türkiyə Toplum Könüllüləri Vakfının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxova və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Türkiyənin Sakarya şəhərinə səfərə yollandırlar.
Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Vakfın Azərbaycan nümayəndəliyinin yaradılmasını müzakirə etmək, eləcə də Türkiyə Könüllülər Forumunda iştirak etmək olan səfər 4 gün davam edəcək.
Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Vakfın İstanbulda yerləşən baş ofisi və digər böyük şəhərlərdə olan mərkəzləri və gənclər evləri ilə tanış olacaq, həmçinin Türkiyənin bütün bölgələrini təmsil edən gənclərin iştirak etdiyi Forumun işinə qatılacaqlar.


 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı layihənin icrasına start verib.
Əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etmək olan layihə 10 regionda həyata keçirilir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edən layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutub. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulub.
Layihə başladığı vaxtdan günə kimi nəzərdə tutulan fəaliyyətlərlə birbaşa olaraq 1400 region gəncini əhatə edə bilib.


 

Dünən Gənclər üçün Təhsil Mərkəzinin “İnternational Exchange Center” MMC ilə birgə təşkil etdiyi “Work and Travel US Proqramı gənclərin gözü ilə” videorolik müsabiqəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.
1 ay öncə elan edilmiş müsabiqənin əsas məqsədi gənclərin “Work and Travel USA proqramı” haqqında məlumatlılığını artırmaq və onların bu proqramda iştirakını təşviq etməkdir.
Müsabiqəyə təqdim edilən 30-dan artıq video roliklər ekspertlər tərəfindən nəzərdən keçirildikdən sonra, onlardan ən yaxşı 3-ü dəyərləndirilib.


 

Bu gün 2 fevral Gənclər Günü münasibəti ilə Gənclər üçün Təhsil Mərkəzində region gənclərinin iştirakı ilə Konfrans öz işinə başlamışdır. “Region gənclərinin inkişafı naminə tərəfdaşlıq” adlanan Konfransın əsas məqsədi region gənclərinin uğurlarını qeyd etmək, onların problemlərini və ehtiyaclarını müzakirə etmək, həlli üçün müvafiq qurumlarla tərəfdaşlıq etməkdir.
12 regiondan 30 gəncin iştirakı keçirilən konfransı giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev Konfransın məqsədi və əhəmiyyəti barədə məlumat verdi və bildirdi ki, bu tədbir region gənclərinin inkişafı istiqamətində atılan addımlardan tamamilə fərqlənəcək və konkret nəticələr verəcəkdir.


 

1 fevral 2010 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Sizləri “Ağ evin unudulmaz sakinləri” adlı təqdimata dəvət edir.
Təqdimatın keçirilməsində əsas məqsəd Amerika Birləşmiş Ştatlarının prezidentləri haqqında bilmədiyiniz məlumatları, qeyri-adi faktları, onların siyasi kurslarının maraqlı tərəfləri və müqayisəli xüsusiyyətləri ilə gəncləri yaxından tanış etməkdir.
Təqdimat 6 fevral 2010-cu il, saat 12:30-da Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində Bakı Dövlət Universitetinin Amerikaşünaslıq fakültəsinin magistri Türkay Qasımlı tərəfindən aparılacaqdır.


 

Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Türkiyə Cümhuriyyətinin ən böyük qeyri-hökumət təşkilatı olan Toplum Könüllüləri Vakfının nümayəndələri Azərbaycandadırlar.
Əsas məqsədi Azərbaycanda qeyri-hökumət gənclər və tələbə təşkilatları ilə əməkdaşlıq etmək və Gənclər üçün Təhsil Mərkəzi ilə birgə proqramlar icra etmək olan səfər çərçivəsində dünən və bu gün bir neçə QHT ilə görüş keçirilmişdir.
Bu gün Gənclər üçün Təhsil Mərkəzində başlayan görüşü giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Vakfın ölkəmizə dəvət edilməsində məqsədin gənclərdə və tələbələrdə könüllülük ideyalarının təşviq edilməsinə kömək etmək olduğunu bildirdi. O, Vakfın Azərbaycanda yaradılması istiqamətində artıq müzakirələr aparıldığını və bu günlərdə rəsmiləşdirəcəklərini qeyd etdi.




Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur