Yaponiya Səfirliyinin nümayəndələri Gənclər üçün Təhsil Mərkəzində olduları
 Bu gün Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tanışlıq və gələcək əməkdaşlıq üçün Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində oldular. Mərkəzin direktoru Vüsal Quliyev qonaqlara Mərkəz haqqında geniş təqdimat etdi və görülmüş işlər barədə məlumat verdi. O, 2008-ci ildə Göygöl rayonu Aşıqlı kənd orta məktəbinin yenidən bərpa edilməsində Mərkəzə verdiyi dəstəyə görə Səfirliyə bir daha təşəkkür etdi. Səfirliyin İqtisadi işlər və iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Matsuzava Kotaro da öz növbəsində təhsilə verdikləri dəstək barədə fikirlərini söylədi və birgə əməkdaşlığın zəruriliyini qeyd etdi. Sonda qonaqlar Mərkəzin ofisi və işçi heyəti ilə tanış oldu.
|
| Share |
Çap versiya Səhifə 447 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
“QHT Məktəbi” payız təlimlərinə başlayır»
Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|