Azərbaycan nümayəndə heyəti Türkiyə Könüllülər Forumunda iştirak edəcəklər
 Bu gün Türkiyə Toplum Könüllüləri Vakfının dəvəti ilə Gənclər üçün Təhsil Mərkəzinin direktor müavini Günay Sadıxova və Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov Türkiyənin Sakarya şəhərinə səfərə yollandırlar. Əsas məqsədi Azərbaycan və Türkiyənin tələbə və gənclər təşkilatları arasında birgə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Vakfın Azərbaycan nümayəndəliyinin yaradılmasını müzakirə etmək, eləcə də Türkiyə Könüllülər Forumunda iştirak etmək olan səfər 4 gün davam edəcək. Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Vakfın İstanbulda yerləşən baş ofisi və digər böyük şəhərlərdə olan mərkəzləri və gənclər evləri ilə tanış olacaq, həmçinin Türkiyənin bütün bölgələrini təmsil edən gənclərin iştirak etdiyi Forumun işinə qatılacaqlar. Qeyd edək ki, səfər Türkiyənin ən böyük QHT-si olan Vakfın nümayəndə heyətinin bu günlərdə Azərbaycana olan səfərinin davamı olaraq təşkil edilmişdir.
|
| Share |
Çap versiya Səhifə 312 dəfə oxunub |
|
Ən çox oxunan məlumatlar
»
Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi»
QHT Məktəbi payız təlimlərinə başlayır»
Mərkəzin 38 üzvü tələbə adını qazandı
sorğu
| GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz? |
|
|