«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr AİDS-lə Beynəlxalq Mübarizə Günü münasibəti ilə internet aksiyaya yekun vurdu.
1 gün davam edən aksiyanın əsas məqsədi internet istifadəçilərinin AİDS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək idi.
Mərkəz üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 4200 nəfər elektron poçt istifadəçisinə AİDS və onunla mübarizə yolları haqqında materiallar göndərildi.


 

Gənclər üçün Təhsil Mərkəzi 26 oktyabr 2009-cu ildən 5 regionun məktəbliləri arasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi elan etmişdir.
Əsas məqsədi regionlardakı məktəblilərin Azərbaycanın təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağının artırılması, təsviri sənətə maraq göstərən istedadların aşkar edilməsi və stimullaşdırılması olan müsabiqəyə 28 noyabr 2009-cu il tarixdə Beyləqan rayonunda yekun vurulmuşdu.
Əsasən Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişli rayonlarının məktəblilərini əhatə edən müsabiqəyə 58 rəsm əsəri təqdim edilmişdir.


 

Məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır.
Gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamətlər vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən Məktəb ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq edəcək.


 

Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq gənclərin müasir dünyaya inteqrasiyası, beynəlxalq tədbirlərdə iştirakı, xaricdə təhsil alması, eləcə də xarici dil biliklərinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir.
Belə tədbirlər və proqramlar silsiləsinə Mərkəzin hər həftənin sonu təşkil etdiyi Danışıq Klubu (Conversation club) daxildir. Klubun təşkil edilməsində əsas məqsəd gənclərin xarici dillərdə ünsiyyət bacarıqlarının biliklərinin inkişaf etdirilməsinə kömək etməkdir.


 

Əsas məqsədi Şagird İnkişaf Komitəsinin gördüyü işlərlə tanış olmaq, gələcək planlarını və Təhsilə Dəstək Proqramının Komitədən gözləntilərini müzakirə etmək olan səfər çərçivəsində qonaqlar layihənin əhatə etdiyi məktəblərdə olmuş, keçirilən təlimlərdə iştirak etmiş, müəllim və valideynlərlə görüşmüşlər.
Qonaqlar Şagird İnkişaf Komitəsinin yerləşdiyi ofislə və şagirdlər üçün təşkil etdiyi xidmətlərlə yaxından tanış edilmişdir.


 

21 noyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Tədbirlər
Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin təsis qurultayı keçirilmişdir.
Təsis qurultayında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Milli Məclisin deputatları, nazirlər və dövlət komitələrinin nümayəndələri iştirak etmişlər.


 

Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi 5 regionda gənclər üçün karyera imkanlarının artırılmasına həsr olunmuş “Uğurlu karyera naminə” təlim proqramlarının keçirilməsinə başlamışdır.
Əsas məqsədi region gənclərinin iş axtarılması və rezyume (CV) hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanması olan proqram Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında icra ediləcək.


 

19 noyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Hesabatlar
Təbii ki, mərkəzin proqramlarının və beynəlxalq əlaqələrinin genişləndirilməsi, kadr potensialının və maliyyə davamlılığının gücləndirilməsi də əsas planlarımızdandır.
Gənclər və təhsil sahəsində isə ilkin planlarımıza “Gənclərin asudə vaxt mərkəzi”nin, “Gənclərin Elm Mərkəzi”nin, müxtəlif maraq klublarının, peşə kurslarının, müxtəlif məsləhət xidmətlərinin, müxtəlif internet portalların yaradılması, gənclərin hüquq, iqtisadiyyat, mədəniyyət və digər sosial təşəbbüslərinin inkişaf etdirilməsi, beynəlxalq konfransların keçirilməsi istiqamətində layihələrin reallaşdırılması daxildir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində «Azərbaycan Konstitusiyası – 14 il» mövzusunda konfrans keçirilib. Tədbirə qatılan elm işçiləri, hüquqşünaslar, QHT və KİV nümayəndələri 1995-ci ildə qəbul olunmuş konstitusiyanın Azərbaycan tarixində yeni səhifə açdığını, vətəndaş cəmiyyətinin quruculuğu işində ən uğurlu addım olduğunu bildiriblər.
Bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olduğunu vurğulayan tədbir iştirakçıları ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd ediblər.


 

9 noyabr 2009 » Azeri » Elanlar və yeniliklər » Elanlar
Gənclər üçün Təhsil Mərkəzi Avropa Şurasının 60 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin dəstəyi ilə “Gənclər üçün Avropa Şurası” adlı məqalə müsabiqəsi elan edir.

Məqalə müsabiqəsinin əsas məqsədi:
Gənclərin Avropa Şurası ilə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdır.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur