Məktəblilər arasında rəsm müsabiqəsi başa çatdı
 Gənclər üçün Təhsil Mərkəzi 26 oktyabr 2009-cu ildən 5 regionun məktəbliləri arasında xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi elan etmişdir. Əsas məqsədi regionlardakı məktəblilərin Azərbaycanın təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağının artırılması, təsviri sənətə maraq göstərən istedadların aşkar edilməsi və stimullaşdırılması olan müsabiqəyə 28 noyabr 2009-cu il tarixdə Beyləqan rayonunda yekun vurulmuşdu. Əsasən Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişli rayonlarının məktəblilərini əhatə edən müsabiqəyə 58 rəsm əsəri təqdim edilmişdir.
|
Gənclər üçün Media Məktəbi yaradılır
 Məktəbin yaradılmasında əsas məqsəd gənclərdə media təşəbbüslərini inkişaf etdirmək, onların media ilə əlaqələrini gücləndirmək və gənc nəsildə jurnalistikaya marağı artırmaqdır. Gənclərdə mətbuata marağın artırılması, jurnalistikaya həvəs göstərən gənclərə istiqamətlər vermək, gənclərlə bağlı media orqanlarının yaradılmasını təşviq etmək, gənc jurnalistlərin peşəkarlığının artırılmasına kömək etmək və başqa vəzifələri öz üzərinə götürən Məktəb ölkədə fəaliyyət göstərən professional kütləvi informasiya orqanlarının hər biri ilə yaxından əməkdaşlıq edəcək.
|
Gənclərin xarici dillərdə ünsiyyət qurmaq bacarığı artırılır
 Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq gənclərin müasir dünyaya inteqrasiyası, beynəlxalq tədbirlərdə iştirakı, xaricdə təhsil alması, eləcə də xarici dil biliklərinin inkişaf etdirilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlər və proqramlar silsiləsinə Mərkəzin hər həftənin sonu təşkil etdiyi Danışıq Klubu (Conversation club) daxildir. Klubun təşkil edilməsində əsas məqsəd gənclərin xarici dillərdə ünsiyyət bacarıqlarının biliklərinin inkişaf etdirilməsinə kömək etməkdir.
|
Təhsilə Dəstək Proqramının rəhbərliyi Şagird İnkişaf Komitəsində olmuşdur
 Əsas məqsədi Şagird İnkişaf Komitəsinin gördüyü işlərlə tanış olmaq, gələcək planlarını və Təhsilə Dəstək Proqramının Komitədən gözləntilərini müzakirə etmək olan səfər çərçivəsində qonaqlar layihənin əhatə etdiyi məktəblərdə olmuş, keçirilən təlimlərdə iştirak etmiş, müəllim və valideynlərlə görüşmüşlər. Qonaqlar Şagird İnkişaf Komitəsinin yerləşdiyi ofislə və şagirdlər üçün təşkil etdiyi xidmətlərlə yaxından tanış edilmişdir.
|
Region gənclərinin karyera imkanları artırılır
 Bu gündən etibarən Gənclər üçün Təhsil Mərkəzi 5 regionda gənclər üçün karyera imkanlarının artırılmasına həsr olunmuş “Uğurlu karyera naminə” təlim proqramlarının keçirilməsinə başlamışdır. Əsas məqsədi region gənclərinin iş axtarılması və rezyume (CV) hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanması olan proqram Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarında icra ediləcək.
|
“Azərbaycan Konstitusiyası – 14 il” mövzusunda konfrans keçirildi
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində «Azərbaycan Konstitusiyası – 14 il» mövzusunda konfrans keçirilib. Tədbirə qatılan elm işçiləri, hüquqşünaslar, QHT və KİV nümayəndələri 1995-ci ildə qəbul olunmuş konstitusiyanın Azərbaycan tarixində yeni səhifə açdığını, vətəndaş cəmiyyətinin quruculuğu işində ən uğurlu addım olduğunu bildiriblər. Bu gün əksər vətəndaşların konstitusiya və onun cəmiyyətdəki rolundan xəbərsiz olduğunu vurğulayan tədbir iştirakçıları ali sənədin öyrənilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu qeyd ediblər.
|
“Gənclərin inkişafında BDU-nun rolu” mövzusunda seminar keçirilib
 Bu gün Gənclər üçün Təhsil Mərkəzində Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş seminar keçirilmişdir. “Gəncləri inkişafında BDU-nun rolu” adlanan seminarın keçirilməsində əsas məqsəd Azərbaycan gəncliyinin formalaşmasında xüsusi rolu olan Bakı Dövlət Universiteti haqqında əcnəbi gənclərin dolğun məlumatlar almasına kömək etmək idi.
|
Gənclərin internet resurslarından səmərəli istifadəsi təbliğ olunur
 Gənclər üçün Təhsil Mərkəzi ötən aydan etibarən Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənclər üçün İKT Məktəbi” layihəsi çərçivəsində bir sıra fəaliyyətlərin əhatə dairəsini genişləndirmişdir. Belə ki, Bakı şəhərində yerləşən internat məktəblərində aparılan maarifçilik işlərinin həm də şəhərdaxili və şəhərətrafı qəsəbələrdə məskunlaşan qaçqın və məcburi köçkün məntəqələrində də davam etdirilməsinə başlanılmışdır. Əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsi olan layihə çərçivəsində hədəf ərazilərdəki gənclər üçün internet resurslarından səmərəli istifadəyə həsr olunmuş praktik təlimlər keçirilir.
|
Region gəncləri ilə görüşlər keçirilir
 Məlumat verildiyi kimi bir neçə gün əvvəl Gənclər üçün Təhsil Mərkəzi “Region gənclərinin inkişafına dəstək” proqramının icrasına start vermişdir. Əsas məqsədi region gənclərinin vətəndaş cəmiyyətinin inkişafı prosesində aktiv rolunu təşviq etmək, onların sosial ehtiyaclarını öyrənmək və həllinə çalışmaq olan proqramın 2 il müddətinə icra edilməsi planlaşdırılıb. Bu məqsədlə dünən və bu gün Mərkəz Füzuli və Beyləqan gəncləri ilə görüş keçirmişdir. Görüşün keçirilməsində əsas məqsəd gənclərin mövcud problemlərini və ehtiyaclarını öyrənmək, onları yaradan səbəbləri aşkar etmək və qiymətləndirmək idi. Hər bir regionda 40 nəfər gəncin iştirakı ilə keçirilən görüşlər zamanı Gənclər üçün Təhsil Mərkəzinin həmin regionlarda yeni ofislərinin yaradılması və fəaliyyətinə dair məsələlər də müzakirə edilmişdir.
|
Texniki-peşə təhsilli insanlara tələbat artır
 Gənclər üçün Təhsil Mərkəzi bu ilin aprel ayından başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Texniki-peşə təhsilinin inkişafına dəstək” layihəsini icra etməyə başlamışdır. Layihə ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisas kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılmasına xidmət etməyi və gənclərdə peşə təhsilinə həvəs oyatmağı nəzərdə tutur.
|