«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Gənclər virtual aləm haqqında bilik əldə edirlərGənclər üçün Təhsil Mərkəzi ötən ilin sentyabr ayından Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Gənclər üçün İKT Məktəbi” layihəsini davam etdirir.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə icra edilən layihənin əsas məqsədi Azərbaycanda qaçqın və məcburi köçkün, eləcə də internat məktəblərindəki gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərinin artırılması və zənginləşdirilməsidir.
Gənclərdə İKT-yə maraq oyatmaq, İKT imkanlarından istifadə etməklə maarifləndirilmələrinə və əldə edilmiş biliklər vasitəsilə cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaq, onların aktiv İKT istifadəçisinə çevrilməsinə çalışmaq və s. vəzifələri öz üzərinə götürən layihənin başladığı vaxtdan bu günədək 2680 gənci əhatə edib.


 

20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsidir. Bu gün tariximizə qanlı səhifə kimi daxil olmuşdur.
Artıq 1990-cı il 20 yanvar hadisələrindən 20 il keçir. Gənclər üçün Təhsil Mərkəzi də faciənin 20-ci ildönümü ilə əlaqədar olaraq bu gün “20 ildir unutmuruq” adlı internet aksiyaya start verdi.
19-20 yanvar 2010-cu il tarixdə keçiriləcək aksiyanın əsas məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və 20 il öncə baş vermiş faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Aksiyanı giriş sözü ilə açan Mərkəzin rəhbəri Vüsal Quliyev 20 il bundan öncə baş vermiş hadisə haqqında dünya ictimaiyyətində dolğun informasiya olmadığını, bu hadisəyə hələ də hüquqi qiymət verilmədiyini iştirakçıların diqqətinə çatdırdı.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə yeni layihəsinin icrasına start verdi. “Region gənclərinin məşğulluq imkanlarının artırılmasına dəstək” adlanan layihənin əsas məqsədi məhz region gənclərinin işsizlik probleminin aradan qaldırılmasına, onların məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə kömək etməkdir.
Sabirabad, Saatlı, Kürdəmir, Ucar, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Biləsuvar və Füzuli rayonlarını əhatə edəcək layihə əsasən bu regionlarda məşğulluq imkanları tamamilə zəif olan gənclərlə işləməyi nəzərdə tutur. Belə ki, layihə çərçivəsində həmin gənclər üçün müxtəlif təlim proqramlarının və məsləhət xidmətinin təşkili nəzərdə tutulur.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gün “QHT Məktəbi” proqramının bu il üzrə fəaliyyətinə yekun vurmaq məqsədilə Milli QHT Forumunda təqdimat mərasimi keçirmişdir.
Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan “QHT Məktəbi”nin təqdimat mərasimini giriş sözü ilə açan Mərkəzin təsisçisi Vüsal Quliyev Məktəbi haqqında geniş məlumat vermiş, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. O, bildirmişdir ki, QHT Məktəbi artıq 7-ci ildir ki, fəaliyyət göstərir və bu günədək 750 nəfər bu Məktəbin məzunu ola bilib. O, eyni zamanda bildirib ki, Məktəb dörd istiqamətdə fəaliyyət həyata keçirir. Buraya QHT-lərin yaradılması və idarə olunması sahəsində təlimlərin təşkili, məsləhət xidmətlərinin keçirilməsi, təcrübə proqramlarının təşkili və informasiya kampaniyalarının keçirilməsi daxildir.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən ipoteka kreditlərinin verilməsinə həsr olunmuş seminarların keçirilməsinə başlayır.
Əsas məqsədi ipoteka kreditlərinin verilməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş proseduralar haqqında ictimaiyyəti məlumatlandırmaq olan seminarların ilkin olaraq Bakı və Sumqayıt şəhərlərində keçirilməsi planlaşdırılıb.
Əsasən gənclərin iştirakını nəzərdə tutan seminarlarda iştirakçılara ipoteka kreditinin verilməsi şərtləri, növləri, tətbiq olunan güzəştlər, tələb olunan sənədlər və s. haqqında dolğun informasiyalar veriləcəkdir.


 

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başladığı “Öyrən və təhlükəsiz ol !” adlı proqramına bu gün yekun vurulmuşdur.
Əsas məqsədi regionlarda məktəblilərin yol hərəkəti qaydaları haqqında bilgilərini artırmaq və onların təhlükəsizliyinin təmin olunmasına kömək etmək olan proqram ölkəmizin 24 rayonunu əhatə etmişdir.
Proqram çərçivəsində məktəblilər üçün dərsdən sonra yol hərəkəti qaydalarına həsr olunmuş praktik və nəzəri təlimlər keçirilmişdir. Təlimlər zamanı məktəblilərə yol hərəkəti nişanları, piyadanın və sürücünün vəzifələri, eləcə də onların məsuliyyəti və beynəlxalq təcrübə haqqında geniş informasiyalar verilmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə 6 rayonda müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.
Əsasən gənclər üçün nəzərdə tutulmuş tədbirlərin əsas məqsədi hər kəsin öz konstitusion hüquqları barədə məlumatlı olmasına və onun qorumasına kömək etməkdir.
Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Ağcəbədi rayonlarında gənclər üçün həyata keçiriləcək təlimlərlə yanaşı, “Açıq qapı” məsləhət saatları da təşkil ediləcək. Belə ki, hər bir regionda 1 gün olmaqla, müraciət edən şəxslərə hüquqi xidmətlər göstəriləcək.


 

Dünən Gənclər üçün Təhsil Mərkəzi “Uşaq ili” çərçivəsində gördüyü işlərə yekun vurmaq, eləcə də görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə konfrans keçirdi.
Konfransda Gənclər üçün Təhsil Mərkəzinin həm Bakı şəhərində, həm də ölkəmizin rayon və kəndlərində uşaqlarla bağlı həyata keçirdiyi fəaliyyətlərə həsr olunmuş geniş təqdimatlar edildi.
Qeyd edək ki, Mərkəz bu il ərzində uşaq məsələləri ilə bağlı 11 layihə həyata keçirmişdir ki, onlar əsasən uşaq hüquqlarının təbliğinə, onların dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə, mədəniyyət təşəbbüslərinin inkişafına və sağlamlıqlarının təbliğinə həsr olunmuşdur.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə bir neçə rayonda gənclərin iştirakı ilə könüllü fəaliyyətlər həyata keçirməyə başlamışdır.
Beyləqan və Füzuli rayonlarının kəndlərində bu gün və sabah keçiriləcək könüllü fəaliyyətlərin əsas məqsədi region gənclərində könüllülük işlərinə həvəs oyatmaq, onları bu tip fəaliyyətlərə stimullaşdırmaq və Beynəlxalq Könüllülər Gününü qeyd etməkdir.


 

Gənclər üçün Təhsil Mərkəzi 1 dekabr AİDS-lə Beynəlxalq Mübarizə Günü münasibəti ilə internet aksiyaya yekun vurdu.
1 gün davam edən aksiyanın əsas məqsədi internet istifadəçilərinin AİDS-lə bağlı məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək idi.
Mərkəz üzvlərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində 4200 nəfər elektron poçt istifadəçisinə AİDS və onunla mübarizə yolları haqqında materiallar göndərildi.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur