«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində “Parlaq Düşüncənin Gücü” adlı təqdimat mərasimi keçirilmişdir.
Təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi.
Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə etmişdir. Belə ki, orada “daxili səsimizi eşitməyi bacarırıqmı”, “seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir”, “daxili nitqimizi nə dərəcədə dəyişə bilərik”, “həyatda bizə nəyin mane olduğunu necə bilək”, “özünə inamsızlıq nədən yaranır” və s. mövzulara toxunulmuşdur.


 

Bir neçə gün bundan öncə Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı ölkəmizə tanışlıq səfərinə gəlmişdir.
Əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olan səfər bu gün başa çatmışdır.
Bu gün Gənclər üçün Təhsil Mərkəzində keçirilən yekun görüşdə Mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi Novruz bayramını kimsəsiz uşaqlar və yaşlı insanlarla birgə qeyd etmişdir.
Bayram sevincini diqqətdən kənarda qalmış insanlarla birgə bölüşmək məqsədi daşıyan tədbirdə uşaqlara və yaşlı insanlara bayram hədiyyələri verilmiş, süfrə açılmış və mədəni-əyləncəli proqram təşkil edilmişdir.
Tədbirdə Mərkəzin rəhbərliyi ilə yanaşı, incəsənət ustaları və beynəlxalq təşkilatların nümayəndələri də iştirak etmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev mart ayının 9-da Ukraynada Avropa Şurasının və Soros Fondunun dəstəyi ilə təşkil olunan beynəlxalq seminara yollanmışdır. “Gənclər siyasətinin inkişafı” mövzusunda keçirilən seminarın əsas məqsədi Şərqi Avropa və Qafqaz regionunda gənclər siyasətinin inkişaf etdirilməsi, birgə layihə və proqramlar həyata keçirməkdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində Azərbaycanda təhsil alan bir qrup türk tələbə ilə Mərkəzin direktoru Vüsal Quliyev arasında görüş keçirilmişdir.
Əsas məqsədi iki qardaş ölkənin tələbələri arasında əməkdaşlıq imkanlarını müzakirə etmək olan görüşdə bir sıra məsələlər müzakirə edilmiş və qərarlar qəbul edilmişdir. Belə ki, türk tələbələr ictimai işlərdə fəallıq göstərmək niyyətində olduqlarını, lakin bunun üçün imkanların az olduğunu qeyd etmişlər.
V.Quliyev rəhbəri olduğu Mərkəzin, eləcə də digər müvafiq qurumların daima türk gənclərə və tələbələrə xüsusi diqqət ayırdığını, onlarla birgə işləmək marağında olduğunu, həmçinin bunun üçün zəruri imkanların mövcudluğunu bildirmişdir.


 

Bu gün Yaponiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri tanışlıq və gələcək əməkdaşlıq üçün Gənclər üçün Təhsil Mərkəzinin baş ofisində oldular.
Mərkəzin direktoru Vüsal Quliyev qonaqlara Mərkəz haqqında geniş təqdimat etdi və görülmüş işlər barədə məlumat verdi. O, 2008-ci ildə Göygöl rayonu Aşıqlı kənd orta məktəbinin yenidən bərpa edilməsində Mərkəzə verdiyi dəstəyə görə Səfirliyə bir daha təşəkkür etdi.


 

Gənclər üçün Təhsil Mərkəzi hər il Azərbaycanda yaşayan, işləyən və təhsil alan əcnəbilər üçün təmənnasız Azərbaycan dili kursları təşkil edir.
Ötən ilin sentyabr ayından başlayaraq Mərkəz bu kursların daha da səmərəli təşkil olunması məqsədilə “Azərbaycan dili Məktəbi” yaratmışdır. Məktəbin yaradılmasında əsas məqsəd ölkəmizdə təhsil alan, yaşayan və çalışan əcnəbilərin ana dilimizdə sərbəst danışmasına kömək etmək, dilimizin zənginliyini onlara çatdırmaq və Azərbaycanın milli dəyərlərini aşılamaqdır.
Artıq 5 aydan çox davam edən birinci “Azərbaycan dili Məktəbi”ni bu gün 30 nəfər əcnəbi başa vurdu.


 

Almaniya, Fransa, İsveç, Finlandiya və Polşada fəaliyyət göstərən bir sıra nüfuzlu ali məktəblər Azərbaycanlı tələbələrin həmin ölkələrdə təhsil alması üçün yeni imkanlar yaratmağa başlamışdır. Belə ki, həmin ali məktəblər Azərbaycanda yerli QHT olan Gənclər üçün Təhsil Mərkəzinə birgə proqramların təşkili üçün müraciət etmişdir.
İlkin razılaşmalara əsasən Mərkəz növbəti tədris ili üçün ilk olaraq Almaniyada fəaliyyət göstərən Humanitar Elmlər üzrə Avropa Kolleci (ECLA) ilə birgə mübadilə proqramı təşkil edəcək.
Mərkəz cari ilin aprel və may aylarında proqramlar bağlı informasiya sessiyaları təşkil edəcək və proqramda Azərbaycan tələbələrinin işirakına kömək edəcək.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin rəhbərliyi və üzvləri Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar “Ana Harayı” abidəsini ziyarət etdi.
Yüzlərlə gəncin iştirak etdiyi ziyarətin sonunda Gənclər üçün Təhsil Mərkəzi öz Bəyanatını səsləndirdi.
Təəssüf hissi ilə qeyd edildi ki, kütləvi insan hüquqlarının pozulması ilə nəticələnmiş Xocalı faciəsinə bu günə kimi beynəlxalq hüquqi qiymət verilməmişdir.
Gənclər ümid etdilər ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu haqlı tələblərimizi dəstəkləyəcək, Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayət özünun beynəlxalq hüquqi qiymətini alacaqdır.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin ötən ilin sonunda elan etdiyi ”Bələdiyyələr gənclərin gözü ilə” məqalə müsabiqəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev müsabiqənin “Bələdiyyələrə dəstək, özümüzə kömək” proqramı çərçivəsində elan edildiyini söyləyib.
Əsas məqsəd gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olub. Müsabiqəyə təqdim edilən 50-yə yaxın məqalə ümumilikdə bələdiyyə və gənclər əməkdaşlığı, bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi, gənclər və bələdiyyə seçkiləri, Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları, vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu və Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri ilə bağlı mövzulara həsr olunub.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur