«    Sentyabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 



Mövzulara E-mail ilə abunə ol










 

“Gəncliyimiz və 135 illik mətbuatımız”Bu gün Gənclər üçün Təhsil Mərkəzi və onun mətbu orqanı olan “Tələbə” qəzetinin birgə təşəbbüsü ilə “Gəncliyimiz və 135 illik mətbuatımız” adlı dəyirmi masa keçirilmişdir.
Əsas məqsədi gənclərimizin milli mətbuatın inkişafında oynaya biləcəyi rolu və gələcəkdə verə biləcəklərin töhfələri müzakirə etmək olan tədbir milli mətbuatımızın 135 illik tədbirləri çərçivəsində keçirilmişdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində “QHT Məktəbi”nin yay proqramına yekun vurmaq məqsədilə təqdimat mərasimi keçirilmişdir.
Əsas məqsədi QHT fəlsəfəsini, konsepsiyasını, prinsiplərini təbliğ edən və QHT nümayəndələrinin bilik və bacarığını artırmaq istiqamətində fəaliyyətlər həyat keçirmək olan “QHT Məktəbi”nin təqdimat mərasimini giriş sözü ilə açan Mərkəznin direktor müavini Elnur Axundov proqram haqqında geniş məlumat vermiş, uğur və nəailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.


 

Gənclər üçün Təhsil Mərkəzi bu ilin əvvəlindən başlayaraq Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının və Qlobal Fondun maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində zərərin azaldılması” layihəsinin icrasını uğurla davam etdirir.
Sumqayıt şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında narkomaniya və AİDS-ə qarşı maarifləndirici, eləcə də profilaktik tədbirlərin gücləndirilməsidir.


 

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni icrasına başladığı “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” layihəsi çərçivəsində “Könüllülük Məktəbi” yaratdı.
Region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihə çərçivəsində “Könüllülük Məktəbi”nin yaradılması müxtəlif regionlar üzrə təlimçilər qrupunun formalaşdırılmasını və həyata keçirilən təlimləri əlaqələndirməyi nəzərdə tutur.


 

Gənclər üçün Təhsil Mərkəzi bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
“Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” adlanan layihənin uzunmüddətli məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir.


 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin sentyabr ayında “Ali təhsildə QHT-lərin rolu” adlı konfransın keçirilməsini planlaşdırır.
Bu barədə mətbuata məlumat verən Mərkəzin direktor müavini Elnur Axundov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ali təhsilin inkişaf etdirilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində yerli və beynəlxalq QHT-lərin potensialından yararlanmaq, QHT-lərin bu prosesdə fəal iştirakını təşviq etməkdir.


 

Gənclər üçün Təhsil Mərkəzi Dünya Bankının maliyyə dəstəyi ilə yeni layihənin icrasına başlayıb.
Hər iki qurumun rəhbərliyi arasında “Bakıdan regionlara təhlükəsiz yol” adlı layihə üzrə müqavilə imzalanıb. İmzalanmış müqaviləyə əsasən bir neçə ay davam edəcək layihənin əsas məqsədi regionlarda yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək, vətəndaş məsuliyyətini artırmaq, daha çox insanın yol təhlükəsizliyi haqqında məlumatlandırılmasını təmin etmək və əhalinin diqqətini yol təhlükəsizliyinə yönəltməkdir.


 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi maraqlı tədbirlər proqramı həyata keçirib. Lent.az-ın məlumatına görə, Mərkəz bu gün regionlarda uşaq hüquqlarının təbliği məqsədilə həvəskar gənclərin iştirakı ilə maarifləndirici tamaşalar keçirib.
Füzuli və Beyləqan rayonlarında səhnəyə qoyulmuş tamaşalarda yüzlərlə məktəbli və yeniyetmə iştirak edib, onlar uşaq hüquqları və onun qorunması mexanizmi barədə praktiki məlumatlar əldə edə biliblər.


 

Gənclər üçün Təhsil Mərkəzi cari ilin iyul və avqust aylarında əsas məqsədi gənclərin ekoloji biliklərinin artmasını və tərbiyə olunmasını təşviq edən “Ekoloji yay məktəbləri” təşkil edəcək.
Mərkəzdən mətbuata verilən məluamata görə, yay məktəbləri zamanı gənclərə ətraf mühitlə bağlı praktiki biliklər veriləcək, onlarla birgə müxtəlif ekoloji aksiyalar, ekskursiyalar və digər tədbirlər təşkil olunacaq.


 

Sabirabad rayonunda baş vermiş təbii fəlakətlə əlaqədar olaraq Gənclər üçün Təhsil Mərkəzi də gənclər arasında yardım aksiyalarının keçirilməsinə start verib. Məlumata görə, 3 gün ərzində 200-dən artıq gənc üçün müxtəlif geyim və ərzaq toplanıb. Toplanmış yardımlar bu gün Mərkəz əməkdaşları tərəfindən Şirvan şəhərində təbii fəlakətdən əziyyət çəkən insanlar üçün qurulmuş çadırlardakı gənclərə aparılıb.






Ən çox oxunan məlumatlar

» Gənc liderlərin beynəlxalq ekoloji düşərgəsi
» “QHT Məktəbi” payız təlimlərinə başlayır
» Beynəlxalq Gənclər Günü: uğurların dəstəkləndiyi gün
» Mərkəzin 38 üzvü tələbə adını qazandı


sorğu

GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 
  
 
Təsisçi

Foto albom

Keçidlər




Webmaster: Zaur Adigozalov
Gənclər üçün Təhsil Mərkəzi © 2010
Bütün hüquqlar qorunur