www.ecy-az.org | Press Relizlər > Bələdiyyələrlə bağlı müsabiqənin qalibləri bəlli oldu
Bələdiyyələrlə bağlı müsabiqənin qalibləri bəlli oldu22 fevral 2010 |
|
Lent.az-ın verdiyi məlumata görə, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev müsabiqənin Bələdiyyələrə dəstək, özümüzə kömək proqramı çərçivəsində elan edildiyini söyləyib. Əsas məqsəd gənclərin bələdiyyələrlə bağlı fikir və düşüncələrini, arzu və təkliflərini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olub. Müsabiqəyə təqdim edilən 50-yə yaxın məqalə ümumilikdə bələdiyyə və gənclər əməkdaşlığı, bələdiyyələrin gənclərlə iş sahəsi üzrə dünya təcrübəsi, gənclər və bələdiyyə seçkiləri, Azərbaycan bələdiyyələri: problemlər və onların həlli yolları, vətəndaş cəmiyyətinin inkişafında bələdiyyələrin rolu və Azərbaycanın qanunvericilik sistemində bələdiyyələrin yeri ilə bağlı mövzulara həsr olunub. Daha sonra qaliblərin adı açıqlanıb. Birinci yeri Fuad Hüseynzadə (jurnalist), ikinci yeri Əfsanə Ələsgərova (jurnalist) tutublar. Üçüncü yerin sahibi Eldəniz Zeynalov isə tələbədir. Qaliblərə Gənclər üçün Təhsil Mərkəzinin diplomu və hədiyyələri təqdim edilib. |