Bizi sosial şəbəkələrdə izləyin:
 





 

“Eurovision 2012” müsabiqəsi çərçivəsində gənclərin təşəbbüslərinin dəstəklənməsi və idealarının reallaşdırılması məqsədi ilə yaradılmış “Step İn!” gənclərin təşəbbüs qrupu bu gün Mingəçevir şəhərində olmuşdur.
Şəhərdə gənclər qrupunu Gənclər üçün Təhsil Mərkəzinin regional ofisinin üzvləri qarşılamış və qonaqlara bu möhtəşəm müsabiqəyə dəstək verdiklərini nümayiş etdirmişdirlər.
Mərkəzin üzvləri müsabiqə ilə bağlı güllərdən hazırladıqları tablonu qonaqlara hədiyyə edərək, Mingəçevir şəhər gəncləri adından bu möhtəşəm yarışmaya dəstəklərini əsirgəməyəcəklərini bəyan etmişdirlər.


 

Son illər yol təhlükəsizliyi sahəsində bir çox ciddi problemlərin yaşanmasını müşayət edirik. Belə ki, yol təhlükəsizliyinə əməl edilmədiyi üçün yüzlərlə insan avtomobil qəzalarında dünyalarını dəyişir, bəziləri isə ehtiyatsızlıqdan digərlərinin sağlamlığına ağır zərər vuraraq, onların əlil qalmasına səbəb olurlar. Təbii ki, bütün bunları yaradan səbəb sərnişin və sürücülərimizin məsuliyyəti ilə birbaşa bağlıdır.
Yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək və vətəndaş məsuliyyətini artırmaq məqsədilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihənin – yol mədəniyyətinin inkişafına etdirilməsinə dəstək layihəsinin icrasına başlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə yaşından asılı olmayaraq, hər bir Bakı sakininin yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yönəlib. Layihə çərçivəsində insanların diqqətinin bu məsələyə yönəltmək üçün aksiyaların, veloyürüşlərin, müsabiqələrin və sosial şəbəkələrdə maarifləndirici kampaniyaların keçirilməsi nəzərdə tutulur.


 

Bu ilin may ayında Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Avroviziya” mahnı müsabiqəsi nəinki böyüklərin, o cümlədən uşaqların da xüsusi marağındadır.
Gənclər üçün Təhsil Mərkəzi “World Vision İnternational” Təşkilatının dəstəyi ilə bu ilin may ayında ölkəmizdə keçiriləcək “Avroviziya 2012” mahnı müsabiqəsinə ictimai dəstək vermək məqsədilə təntənəli konsert proqramı təşkil etdi.
“Metropark” Ticarət və Əyləncə Mərkəzində başlayan konsert proqramından öncə uşaqların, şəhər sakinlərinin və eyni zamanda rəsmi qonaqların iştirakı ilə musiqi janrında hazırlanmış bir sıra rəsm və əl işlərini sərgisinə baxılmışdır.
Daha sonra konsert proqramını giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin təsisçisi Vüsal Quliyev təşkil edilən dəstək proqramının mahiyyəti, uşaqların Avroviziya müsabiqəsindəki rolu, eyni zamanda uşaqların vətəndaş cəmiyyətinin inkişafındakı yeri barədə məlumat verdi. Bildirdi ki, bu konsert proqrmı bir daha onu göstərir ki, Azərbaycanda uşaqdan böyüyə hər bir kəs dövlətimizə hər bir işdə dəstək verməyə hazırdır.
Bir neçə rəsmi çıxışdan sonra müxtəlif musiqi məktəbləri və uşaq evlərinin kiçik sakinlərinin ifasında musiqi və rəqs nömrələri təqdim olunmuş, gənc müğənnilərin ifaları dinlənilmişdir.


 

Bu gün Avropa Birliyinin “Gənclər Fəaliyyətdə” proqramının eksperti İeva Grundsteine Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional ofisində olmuşdur.
Ekspertin regiona səfərinin əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzinin regional ofislərinin Avropa Birliyi tərəfindən gənc könüllülərlə bağlı həyata keçirilən proqramda iştirak etmək imkanlarını yoxlamaq və dəyərləndirmək idi.
Mərkəzin icraçı direktoru Rasim Ağayev və Regional ofisin rəhbəri Tural Kərimov qonağı ilk növbədə işçi heyətlə və ofislə yaxından tanış etmiş, ona təşkilat haqqında geniş məlumat vermişdir.
Ofisin əvvəlki təcrübəsini nəzərə alaraq, ekspert təşkilatın Avropalı könüllüləri qəbul etmək imkanları ilə əlaqəli məsələləri araşdırmış, müvafiq suallarına cavablar almış, könüllülərin işləyəcəyi yerlərlə tanış olmuşdur.
Akkreditasiyanı həyata keçirən ekspert təşkilatın potensialını yüksək dəyərləndirmiş və əməkdaşlığın zəruri olduğunu qeyd etmişdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti məzunlarının buraxılışı münasibəti ilə mərasim keçirmişdir.
Mərasimi giriş sözü ilə açan Mərkəzin direktor müavini Rasim Ağayev QHT Məktəbinin ölkəmizin QHT sektorunda oynadığı rolu və professional QHT işçilərinin formalaşdırılmasındakı xidmətləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi QHT-lərə də təcrübəli kadrlar lazımdır. Çünki belə təşkilatlarda yaxşı menecment, maliyyə davamlılığının qorunması, ictimai əlaqələrin qurulması, beynəlxalq əməkdaşlıq, kargüzarlıq və s. istiqamətlər üzrə konkret şəxslərin olması nəinki QHT-nin öz inkişafına, ümumilikdə vətəndaş cəmiyyətinin ciddi imicinin formalaşmasına kömək edir. Bu baxımdan QHT Məktəbinin davamlı olaraq inkişafı Mərkəzin əsas strateji məqsədlərindən biridir.
Təlimlərdə iştirak edən şəxslər Məktəbin verdiyi bilik və təcrübəni qiymətləndirərək, vətəndaş cəmiyyəti işinə ciddi töhfələr vermək niyyətində olduqlarını və bu işdə onlara QHT Məktəbinin ən böyük yardımçı olduğunu bildirdilər.
Daha sonra təlimlərdən sonrakı bilik qiymətləndirilməsini başa vuran məzunlara sertifikatlar təqdim edilmişdir.


 

Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi gənclərlə birgə baharın gəlişi - Novruz Bayramı münasibətilə möhtəşəm şənlik təşkil etmişdir.
İki hissədən ibarət olan tədbirin rəsmi hissəsində Mərkəzin fəaliyyətində aktiv olan gənclər və müəllimlər diplomlarla təltif olunmuşdurlar.
Daha sonra gənclərin hazırladıqları maraqlı səhnələr nümayiş etdirilmiş, musiqilər səsləndirilmiş, maraqlı oyunlar və yarışlar təşkil olunmuşdur.
Tədbirdə aktiv gənclərlə yanaşı, Mingəçevir şəhərinin müxtəlif icra strukturlarının və QHT-lərinin nümayəndələri, eyni zamanda ABŞ-ın Sülh Korpusunun könüllüləri iştirak etmişdir.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzində Avropada fəaliyyət göstərən 25-dən çox gənclər təşkilatının liderinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Əsas məqsədi Azərbaycanda gənclər işi ilə tanış olmaq, fəal gənclər təşkilatları ilə əməkdaşlıq etmək və Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində tərəfdaşlıq imkanlarını dəyərləndirmək olan səfər iştirakçılarına ilk növbədə Mərkəzin ofisi təqdim edilmişdir.
Daha sonra Mərkəzin icraçı direktoru Rasim Ağayev qonaqlara Mərkəz haqqında təqdimat etmiş və görülmüş işlər barədə məlumat vermişdir. O, Mərkəzin hazırda Avropanın 20-yə yaxın gənclər təşkilatı və QHT şəbəkəsi ilə əməkdaşlıq etdiyini bildirərək, Mərkəzin beynəlxalq layihələrin icrasında maraqlı olduğunu ifadə etmişdir.


 

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu münasibətlə Gənclər üçün Təhsil Mərkəzinin regional ofisləri bir sıra idman tədbirləri keçirmişdir.
Tədbirlər çərçivəsində uşaq və gənclərin müxtəlif idman sahəsi üzrə yarışları təşkil olunmuş, idmanın həyatımızda oynadığı rol haqqında təqdimat və seminarlar keçirilmişdir.
Təşkil olunan idman yarışlarında qalib gələn komanda və şəxslər Mərkəz tərəfindən mükafatlandırılmışdır.
Mərkəzin icraçı direktoru Rasim Ağayev mətbuata açıqlamasında bildirmişdir ki, regionlarda idman gününün qeyd olunmasında məqsəd uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaq, təhsil ocaqlarında idman dərslərinin daha səmərəli keçirilməsinə kömək etməkdir.


 

Bu gün Ağcabədi rayonunda gənclər günü qeyd olundu. Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ bölgəsi üzrə qərargahının və rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi tədbirdə rayon rəsmiləri və gənclər iştirak etmişdir.
Tədbirdə rayon gənclərinin müxtəlif səhnəcikləri nümayiş etdirilmiş və muğam mərkəzinin musiqiçiləri tərəfindən gözəl ifalar səsləndirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov və ictimai-siyasi şöbənin müdiri Rahilə Şükürova rayonda müxtəlif sahələrdə fəallıq göstərən istedadlı gəncləri təltif etmişdirlər.


 

Bu gün Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu imzalanmışdır.
İmzalanmış memoranduma əsasən tərəflər 3 il müddətində fəaliyyət sahəsi üzrə informasiya mübadiləsi, təşkilatlararası təcrübə mübadiləsi, fəaliyyət hesabatlarının mübadiləsi, əməkdaşların praktiki bacarıqları sahəsində təcrübə mübadiləsi, birgə layihə təkliflərinin hazırlanması və təqdim edilməsi, birgə layihələrdə iştirak, birgə təlim və seminarların təşkili və s. kimi məsələləri həyata keçirəcəkdir.




Bölmələr



Son xəbərlər

Saat

Təqvim
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Keçidlər








Sorğu
GTM tərəfindən hansı layihələrin həyata keçirilməsini istərdiniz?
Müxtəlif təlim layihələri
Təhsilin inkişafına dəstək layihələri
Gənclərin inkişafına dəstək layihələri
Asudə vaxtın səmərəli təşkili layihələri
Sosial dəstək layihələri
Beynəlxalq əməkdaşlıq layihələri

 


Linklər
Bizə qoşul
Bizi izlə
Mövzulara E-mail ilə abunə ol